2020-ci ildə Marneulidə kanalizasiya borularının təmizlənməsinə 25 423 lari xərclənəcək

Marneuli meriyası 2020-ci il ərzində Marneuli bələdiyyəsi ərazisindəki kanalizasiya borularının təmizlənməsi və baxımı ilə bağlı tender elan edib.

Tenderin şərtlərinə görə, qeyd olunan işlərin həyata keçirilməsi üçün yerli özünüidarə 25 423 lari ödəyəcək.

Tender sənədlərində qeyd olunub ki, qalib gəlmiş şirkət işləri müqavilə bağladıqdan 31 dekabr 2020-ci ilədək həyata keçirməlidir.

Marneuli bələdiyyəsi ərazisindəki kanalizasiya borularının baxımı və təmizlənməsi ilə bağlı tender 26 noyabr tarixində elan olunub. Tenderdə iştirak etmək istəyən şirkətlər 6 dekabrdan 9 dekabradək müraciət edə bilərlər.

"Marneuli" Radiosu

Print ელ. ფოსტა
FaceBook Twitter Google