Bu layihənin müzakirəsini süni şəkildə son ana saxlayıblar – Novruzla bağlı qanun layihəsinin müzakirəsi təxirə salınıb

İnsan Hüquqlarının Müdafiəsi və Mülki İnteqrasiya Komitəsi 21 iyun tarixində baş tutmuş iclasda Novruz bayramının istirahət günü elan edilməsi barədə hazırlanmış qanun layihəsini müzakirə edib.

Komitə qeyd olunan işin formal müzakirəsini son ana saxlayıb. Komitə sədri Mixeil Saracişvili bunun məlumatın toplanması motivi ilə baş verdiyini açıqlayıb.

“Təəssüf, bu gün bu təklifin formal müzakirəsi üçün vaxtımız başa çatır. Bu gün, yaxud yaxın günlərdə bu təklif müzakirə olunmayacaq. Bir dəfə vaxtı məhz bəzi şeylərlə bağlı məlumat toplamaq üçün uzatdıq və bununla bağlı həqiqətən də çox sayda araşdırma, məlumat var”, – Saracişvili bildirib.

Tolerantlıq və Rəngarənglik İnstitutunun üzvü Mako Qavtadze qanun layihəsinin formal müzakirəsinin son ana saxlanmasını hökumət tərəfindən saxta münasibət, layihənin baş tutmamasına cəhd adlandırır. Qavtadze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, müzakirədə təşəbbüsün süni şəkildə bloklanması aydın olub.

“Bu layihənin müzakirəsini süni şəkildə son ana saxladılar. Deyirlər ki, cümə günü qərar veriblər ki, bazar ertəsi müzakirə etsinlər və layihənin müəllifləri ilə əlaqə saxlaya bilməyiblər. Məndə elə təəssürat yaranır ki, bu da süni şəkildə baş verib. Yəni bu qərarın verilməsini şənbə-bazar gününə təsadüf etdiriblər ki, müəlliflərlə əlaqə saxlamasınlar. Ancaq yenə də hesab edirəm ki, məsələn, Samirə Bayramova ilə əlaqə saxlamaq problem olmamalı idi. Bir də qeyd edirlər ki, bu məsələnin müzakirəsini uzada bilməzlər, çünki vaxtları məhduddur. Bu da süni şəkildə uzadılmış, son məqama saxlama təəssüratı yaradır. Eləcə də çoxluq deputatları çalışırdılar ki, öz mövqelərinə bəraət qazandırsınlar ki, ayrı-seçkilik kimi münasibətləri yoxdur, əksinə bu qərarla başqalarına qarşı ayrı-seçkilik yaratmamağa çalışırdılar. Onların arqumenti budur ki, əgər bu bayramı nəzərə alsalar, o zaman başqalarını niyə nəzərə almasınlar. Bəli, başqalarının fikrini də nəzərə almalıdırlar, ancaq indi onların layiqli qərar vermək imkanı var idi. Bir dəfə də olsa, bu layihə barədə müzakirə aparardılar, bu görüşü genişləndirərdilər, təxirə salardılar, daha çox adam dəvət edərdilər, dəstəkləyərdilər və elan edərdilər ki, onlar artıq bütün bu mədəni rəngarənglik bayramlarına baxış keçirməklə bağlı işlərə başlayırlar. Bu düzgün mövqe olardı”, – Mako Qavtadze dedi.

Novruz bayramının istirahət günü elan edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsində müəlliflər iştirak etməyib. Komitə sədrinin sözlərinə görə, müəlliflərlə əlaqə saxlaya bilməyiblər. Çünki qanun layihəsi ilə birlikdə müəlliflərin əlaqə məlumatı təqdim olunmayıb. Qanun layihəsinin müəllifi Marneuli sakini Samirə Bayramovadır. O, bildirdi ki, Parlament bürosuna dəfələrlə nömrəsini göndərib və istəsəydilər onunla əlaqə saxlaya bilərdilər.

İnsan Hüquqlarının Müdafiəsi və Mülki İnteqrasiya Komitəsi qanun layihəsinin daha bir müəllifi, Mülki İnteqrasiya Fondunun icraçı direktoru Zaur Xəlilovun da əlaqə nömrəsini tapa bilməyib.

“Yalnız bu konkret məsələ ilə bağlı deyil, ümumiyyətlə, fəaliyyətimdən irəli gələrək həmin komitə ilə başqa əlaqələrim də var. Buradan irəli gələrək, çox təəccüblü məsələdir ki, ictimai şəkildə əlaqə nömrələrini tapmadıqlarını bildirirlər. Baxmayaraq ki, 21-ci əsrdir və heç olmasa mobil telefon tapmasalar da, gülməlidir, çünki əlaqə məlumatını tapa bilməyən çox sayda adam tanıyıram. Sadəcə olaraq sosial şəbəkədə bizim adımızı axtara və əlaqə saxlaya bilərdilər.”

Xəlilovun sözlərinə görə, qanun layihəsinin əsas məqsədi Novruz bayramının istirahət günü elan edilməsi deyil, etnik azlıqlarla bağlı dövlətin, hakimiyyətin münasibətinin dəyişməsidir.

Komitə iclası təxirə salıb. Deputatlar bildirdilər ki, onlar üçün məsələ şəxsən qəbul ediləndir, ancaq müəyyən suallar yaranır və bu suallara cavab vermək mütləqdir. Xəlilovun sözlərinə görə, cavab vermək üçün ən yaxşı vasitə qanun layihəsinin müəlliflərinin iclasa dəvət edilməsi olardı.

 


 

Print ელ. ფოსტა
FaceBook Twitter Google