Marneuli yerli özünüidarəsi meriyanın balansında olan dörd
avtomobilin təmiri və texniki xidməti üçün sadələşdirilmiş müqavilə
bağlayıb.
Marneuli meriyası “Frans Avto” səhmdar cəmiyyəti ilə 4000 lari
dəyərində müqavilə bağlayıb. Müqaviləyə əsasən, “Frans Avto”
meriyanın tələbinə uyğun olaraq dörd avtomobili təmir etməli
olacaq.
“QW 801 WQ dövlət nömrə nişanlı Renault Duster, PP 572 WQ dövlət
nömrə nişanlı Renault Duster, CC 944 DD dövlət nömrə nişanlı
Renault Duster, CC 945 DD dövlət nömrə nişanlı Renaut Sandero
avtomobillərinin təmiri üçün meriya sadələşdirilmiş müqavilə
bağlayıb.
Meriyanın bağladığı sadələşdirilmiş müqaviləyə görə, şirkət
avtomobillərin təmir xidmətini 2021-ci ilin sonuna qədər, meriyanın
tələbinə uyğun olaraq həyata keçirməlidir.