Abxaziya müharibəsinin şəhidi Ənvər Hümbətovun ailə üzvləri Kənan Ömərovla görüşüblər
29 dekabr tarixində Abxaziya müharibəsində şəhid olmuş Ənvər Hümbətovun adının əbədiləşdirilməsi üçün başladılan petisiya Marneuli meriyasına təqdim olunub.
Petisiyanın təqdimatında Hümbətovun ailə üzvləri də iştirak edirdilər. Onlar petisiyanın təqdim olunmasından sonra Ənvər Hüseynovun Marneulidə büstünün qoyulması və ya küçəyə adının verilməsi mövzusu ilə bağlı Marneuli meri Kənan Ömərovla görüşüblər.

Bu barədə məlumatı Hümbətovun qızı Ofeliya Hümbətova “Marneuli” radiosuna təsdiq etdi.
O, görüşü müsbət dəyərləndirdi və razı qaldıqlarını bildirdi.

“Görüşümüz çox gözəl keçdi, ailəliklə çox razı qaldıq. Söz verildi ki, nə ki işlər görülüb, imzalar toplanılıb, baxılacaq. Neçə illərdir, gözlədik. Yenə gözləyirik, nəticəsini görərik. Bəzi sözlər verilib və gözləyək, görək necə olacaq. Görüş yaxşı oldu.”


Qeyd edək ki, Abxaziya müharibəsində şəhid olmuş Ənvər Hümbətovun adının əbədiləşdirilməsi ilə bağlı petisiya mülki fəal Samirə Bayramovanın təşəbbüsü ilə başladılıb. O, 29 dekabr tarixində şəhidin ailə üzvləri ilə birlikdə Marneuli meriyasına petisiyanı təqdim etmək üçün gedib. Lakin Bayramovanın Marneuli meri Kənan Ömərov ilə görüşməsinə icazə verilməyib. Yalnız şəhidin ailə üzvlərinə merlə görüşməyə icazə verilib.

Məlumat üçün bildirək ki, Ənvər Hümbətov Marneulinin Algeti kəndindəndir. O, Abxaziya müharibəsinin iştirakçısı olub. Hümbətov müharibədə 25 nəfəri xilas etdiyi zaman şəhid olub.

Ənvər Hümbətov “Vaxtanq Qorqasali” ordeni ilə təltif olunub. Bu isə hərbçilərə verilən ən yüksək ordendir.

Petisiya ilə bağlı ətraflı məlumat üçün linkə daxil olun - Link
Print ელ. ფოსტა
FaceBook Twitter Google