Marneulili oxçular Batumi şəhərində keçirilmiş Gürcüstan kuboku
oyununda iki birinci və bir ikinci yeri qazanıblar. Yarışda Salome
Xarşiladze, Miranda Saqinadze və Tata Naveriani iştirak ediblər.
Salome Xarşiladze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi
ki, rəqabət böyük olub, ancaq yenə də birinci yeri qazana
bilib.
“Gürcüstan kuboku uğrunda yarış idi. Yarış açıq səma altında
keçirildi. Marneulidən üç qız iştirak edirdik. Mən gənclər arasında
yarışda çıxış etdim, məsafə 70 metr idi və birinci yeri qazandım.
Katedlər arasında məsafə isə 60 metr idi. Tata Naveriani ikinci
yeri qazandı və gümüş medal əldə etdi. Miranda Saqinadze isə qızıl
medal və kubok qazandı”, – Xarşiladze dedi.
Gürcüstan kuboku uğrunda yarışlar 5 apreldə başlayıb, 8 aprel
tarixində başa çatıb.