26 may münasibətilə Marneulinin girişində 22 metrlik bayraq ucaldılacaq
28 aprel tarixində Marneuli Bələdiyyə Məclisinin növbədənkənar iclası baş tutub. İclasa müzakirə üçün bir məsələ çıxarılmışdı və deputatlar həmin məsələni dəstəklədi. Məsələnin müzakirə edilməsi üçün Bələdiyyə Məclisinə mer Kənan Ömərov çıxarmışdı.

Marneuli Bələdiyyə Məclisi Aparatının rəhbəri Nino Beridze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, Bələdiyyə Məclisinin iclasında 26 may münasibətilə Marneulidə bayrağın ucaldılması məsələsini müzakirə ediblər. Beridzenin sözlərinə görə, Gürcüstan bayrağı Marneulinin girişində yerləşdirilmiş “Gürcüstan hər şeydən əvvəl” lövhəsinin yanında ucaldılacaq. Bayrağın dirəyinin hündürlüyü 22 metrə qədər olacaq.

Marneuli meriyasının Maliyyə-Büdcə Xidmətinin rəhbəri Vüqar Məmmədov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, indiki mərhələdə araşdırma aparılır. Buna görə də meriyanın 26 may münasibətilə Gürcüstan bayrağının ucaldılmasına neçə lari ödəməli olacağı məlum deyil.

Print ელ. ფოსტა
FaceBook Twitter Google