“Nə isə yaz” bədii mətnlər müsabiqəsində Marneulili şagird qalib gəlib
Marneuli sakini Aişə Ocaqverdiyeva “Nə isə yaz” bədii mətnlər müsabiqəsində qalib gələnlərdən biridir. Algeti ictimai məktəbinin şagirdi USAİD-in təhsil proqramında iştirak edib.

USAİD təhsil proqramı ibtidai sinif şagirdlərində yaradıcılıq qabiliyyətinin gücləndirilməsi, oxu və yazıya marağın artırılması məqsədi ilə “Siesta” nəşriyyatının dəstəyi ilə “Nə isə yaz” tətbiqindən istifadə edərək yaradılmış bədii mətnlər müsabiqəsi keçirib. Birinci mərhələdə müsabiqənin münsiflər heyəti 13 ən yaxşı mətni müəyyən edib. Yekunda onlardan 5 qalib seçilib. Qalib gələn mətnlərdən 4 gürcü, 1 isə azərbaycan dilində yazılıb. Altıncı sinif şagirdi bildirir ki, müsabiqədə iştirak etməyi ona müəllimi tövsiyə edib. İndi öz təcrübəsi timsalında belə təhsil proqramlarında iştirak etməyi dostlarına da tövsiyə edir.

“Mənim müəllimim Nino mənə müsabiqənin linkini göndərdi ki, iştirak edim. Ümumiyyətlə, yazını çox sevirəm və düşündüm ki, qalib gəlmək şansım ola bilər. Düzünü desəm, qalib gəldiyimə inanmırdım, ancaq çox sevindim. Dostlarıma da tövsiyə etdim ki, iştirak etsinlər. Mən uşaqlıqdan yazmağı çox sevirəm. Bir neçə yazıçının rəsmini də çəkmişəm. Nizami Gəncəvini sevirəm, çoxlu kitablar oxuyuram”,
– Aişə Ocaqverdiyeva bildirdi.

Marneulili pedaqoq, gürcü dili müəllimi və təhsil proqramının məsləhətçisi Qiorqi Çauçidze maarifləndirici müsabiqələrdə iştirak etməyi mühüm hesab edir. O, düşünür ki, belə tədbirlər şagirdlərin həvəsləndirilməsi üçün mühüm amillərdən biridir.

“Təhsil proqramı müsabiqəsində şagirdlərin yazısı qiymətləndirilirdi. Mən düşünürəm ki, bu mühüm qabiliyyətlərin qiymətləndirilməsi və həvəsləndirmədir. “Nə isə yaz” onlayn proqram var. Onu kompüter və telefonda yükləmək mümkündür. Bunun vasitəsi ilə müəyyən çərçivəyə əsasən şagirdlər tərəfindən müxtəlif bədii mətnlər yaradılır. Ümumiyyətlə, yazı bacarığı, hekayələr düşünmək, onu formalaşdırıb bədii şəkildə keçirmək – şagirdlərdə belə bir bacarıq var. Ana dili və ya başqa müəllimlər bunun üzərində işləyirlər və bu şagirdlərə də imkan yaradılıb ki, müsabiqədə öz işlərini təqdim etsinlər”,
– Qiorqi Çauçidze bildirdi.

Müsabiqənin qalibləri:

• Natali Beruaşvili, 5-ci sinif, Qori 7 saylı ictimai məktəb – “Çobanyastıqlarının hekayəsi”
• Qiorqi Razmadze, 5-ci sinif, Oni bələdiyyəsinin Qari kənd ictimai məktəbi – “Qeybətcil qurdun hekayəsi”
• Nia Matsxonaşvili, 4-cü sinif, Tbilisi 182 saylı ictimai məktəb – “Rəqs edən ayaqqabı”
• Mariam Sanikiani, 6-cı sinif, Kutaisi 23 saylı ictimai məktəbi – “Rəssam Alberto”
• Aişə Ocaqverdiyeva, 6-cı sinif, Marneuli bələdiyyəsinin Algeti kənd ictimai məktəbi – “Ayı balası”
Print ელ. ფოსტა
FaceBook Twitter Google
დაიცავი დისტანცია