"Marneuli Kənd Suları" Audit Xidməti tərəfindən aşkarlanmış pozuntuları Sovet İttifaqı dövründə quraşdırılmış borularla əlaqələndirir
2019-20-ci illərdə Dövlət Auditi tərəfindən Marneuli meriyasının uyğunluq hesabatında qeydə alınmış pozuntular və tövsiyələrlə bağlı Marneuli Bələdiyyə Məclisində müzakirə ediblər. Meriyanın Dövlət Auditinin tövsiyələri ilə həyata keçirdiyi tədbirlər barədə danışıblar.

Dövlət Audit Xidmətinin nəticəsi bələdiyyədə su təchizatı və suyun keyfiyyəti problemlərinə aid idi. “Marneuli Kənd Suları” MMC 2019-20-ci illərdə “Rustavi Su”-dan 593 600 lari dəyərində su alıb. Onun 80%-i sıradan çıxmış və qəzalı vəziyyətdə olan borulara görə, boşa gedib. Dövlət Audit Xidməti kəndlərdə su təmizləyici tikintinin olmamasını da problem olaraq qiymətləndirib.

Dövlət Audit Xidməti Marneuli meriyasını Bələdiyyə Məclisi ilə razılaşaraq kompleks tədbirlər həyata keçirməyi planlaşdırmağa və həyata keçirməyə çağırıb. Həmin tədbirlər uyğun vaxt ərzində su təchizatının qaydaya salınmasını təmin edəcək və suyun keyfiyyətini yaxşılaşdıracaq.

Marneuli Bələdiyyə Məclisi iclasında “Marneuli Kənd Su”nun texniki meneceri bildirdi ki, bələdiyyədəki içməli su problemi əsasən Sovet dövründə düzəldilmiş içməli su borularına görə yaranıb. Onların dəyişdirilməsi mərhələli şəkildə həyata keçirilir.

““Marneuli Kənd su” MMC yaranan gündən kəndlərin içməli su ilə təmin edilməsinə xidmət göstərir. Bu xidmət köhnə borularla həyata keçirilir. Çox yerlərdə köhnə, dəmir borulardır və bərpaya ehtiyac var. Bərpa üçün artıq pul ayrılıb. Böyük Muğanlıda 1 800 metrdir, 800 mm-lik boru 355 mm-lik boru ilə əvəz edilməlidir. Eləcə də kəndlərdə çox yerdə köhnə, 70 il əvvəl quraşdırılmış dəmir, polad borulardır və dəyişdirilməlidir. Tseretelidə nasoslardan əhaliyə qədər demək olar 10 kilometrlik boru dəyişdirilməlidir. 65-70 il əvvəl düzəldilib. Müasir texnologiyalarla xlorlamaların tikintisinə başlanılıb. Hələ ki, 9 obyektin tikintisinə başlanılıb, başa çatdıqdan sonra əhaliyə artıq təmiz, xlorlaşdırılımış su veriləcək. İndiyə qədər kiminsə sudan xəstələnməsi kimi hallar qeydə alınmayıb”, – “Marneuli Kənd Su”-nun texniki meneceri bildirdi.

Dövlət Audit Xidmətinin nəticəsində görə, Marneuli meriyası 2019-2021-ci illərdə 39 kənddə suyun keyfiyyəti barədə laboratoriya araşdırmaları aparıb. Araşdırmaya əsasən, 33 kənddə içməli suyun keyfiyyəti texniki reqlamentlə tətbiq edilmiş göstəriciyə uyğun deyil. 14 uşaq bağçasında aparılmış texniki araşdırmadan 7-də normadan artıq hal qeydə alınıb. Marneuli Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov Bələdiyyə Məclisində çıxışı zamanı bildirdi ki, bələdiyyə miqyasında bağçalarda içməli suyun keyfiyyəti davamlı şəkildə yoxlanılır. İndiki mərhələyə qədər isə bələdiyyədə içməli sudan kiminsə zəhərlənməsi halı qeydə alınmayıb.

Print ელ. ფოსტა
FaceBook Twitter Google