20 may tarixində Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili
deputatlarla birlikdə “Tarixi-Mədəni Ənənələrə Uyğun Olmayan
Soyadların Dəyişdirilməsi Hüququ Haqqında” qanun layihəsi ilə bağlı
Bolnisi bələdiyyəsində görüş keçirib.

Əhali və mülki fəallarla birlikdə Gürcüstan Parlamentinə təqdim
olunmuş qanun layihəsini təşəbbüsünü müzakirə ediblər. Həmin qanun
layihəsi etnik azlıq nümayəndələrinə orijinal, onların etnik ənənə
və mədəni kimliyinə uyğun prinsipi ilə yaranmış soyadların
verilməsinin effektiv mexanizminin yaradılmasını nəzərdə tutur.
Görüşdə “Salam” platformasının nümayəndələri də iştirak ediblər.
Onlar ötən il tarixi soyadlardan “ov” və “yev” rus sonluqlarının
götürülməsi ilə bağlı fəal işləməyə və imza toplamağa başladılar.
Təşkilatın təsisçilərindən Kamran Məmmədli hesab edir ki, təklif
edilmiş qanun layihəsində bəzi çatışmazlıqlar var. Yenidən baxış və
onların məsələ üzərində fəal işləməsi lazımdır. O, komitə
dinləmələrində öz fikirlərini qeyd edə biləcəklərinə ümid edir.
“Bir növ, alternativ layihə təqdim ediblər. Parlamentin üzvü, İnsan
Hüquqlarının Müdafiəsi və Vətəndaş İnteqrasiyası Komitəsinin sədri
Mixeil Sarcveladze bildirib ki, onun illər ərzində işlədiyi belə
bir ideyası var idi. Həmin ideya bizim imzaları toplamağımızla
üst-üstə düşüb. Parlamentin sədri Şalva Papuaşvili bu prosesdə
mühüm rolu “Salam”-ın daşıdığını bildirib. Mixeil Sarcveladze də bu
nəticəni əldə etməkdə “Salam”-ın böyük töhfəsi olduğunu etiraf
edib, həmin proses imzaların toplanmasıdır. Bizim gözləntimiz budur
ki, bu qanun layihəsi tezliklə qanuna çevrilsin. Ancaq bu ictimai
müzakirədən başqa, komitə dinləməsi zamanı bu qanundakı
çatışmazlıqlar barədə öz fikrimizi bildirəcəyimizə ümid edirəm. Bu
fikir müvəqqəti mexanizmin olması, eləcə də komissiya yaradılması
və orada tarixçilərin, başqa adamların təqdim olunmasından
ibarətdir. Layihə bu komissiyanın fəaliyyətinə etnik qrupların
qoşulması öhdəliyini tələb etmir. Biz düşünürük ki, bu
vacibdir”.
“Salam”-ın daha bir üzvü Ayhan Həsənli bildirir ki, təqdim olunmuş
qanun layihəsi “Salam”-ın həllini tələb etdiyi məsələlərə və
problemlərə cavab verir. Ancaq o, təklif olunmuş layihənin
həddindən artıq bürokratik komponentlərdən ibarət olduğunu
düşünür.
“Müəyyən çatışmazlıqlar barədə geniş müzakirəyə ehtiyac
var. Biz ümid edirik ki, müzakirələrə qoşulmaq, bu məsələ ilə bağlı
tövsiyələr vermək və mövqeyimizi təqdim etmək imkanımız olacaq. Biz
imzaları toplamağa başlayandan sonra bu qanun layihəsi üzərində
işlənməyə başlanıldı və alternativ layihə təqdim etdilər. Bir neçə
çatışmazlığın olduğunu düşünürük. Bu, məsələn, qanun layihəsinin
vaxtı, güzəştlər, komissiyaya qoşulacaq şəxslərin kimliyidir.
Qiymətdə maksimum güzəşt edilməlidir. Bu sahə üzrə mütəxəssislər,
etnik azlıq nümayəndələri və maraqlanan şəxslər komissiyaya
qoşulacaqlarmı, bu kimi suallar var. İkinci məsələ qeyd olunan
komissiyanın əlavə bürokratiya
yaradıb-yaratmayacağıdır”, – Ayhan Həsənli
bildirdi.
“Marneuli” radiosu Gürcüstan Parlamentinin üzvü, İnsan Hüquqlarının
Müdafiəsi və Vətəndaş İnteqrasiyası Komitəsinin sədri Mixeil
Sarcveladze ilə müsahibə yazıb. O, müsahibəsində bildirir ki,
tarixi-mədəni ənənələrə uyğun olmayan soyadın dəyişdirilməsi
məsələsi üzərində işləməyə illər əvvəl başlayıblar. Onun sözlərinə
görə, bu geniş layihədir və ümumi, ancaq fərdi yanaşmaları nəzərdə
tutur.
“Sovet və ona qədərki rus idarəçiliyinə məxsus xarakter
idi. Assimilyasiya siyasəti üçün belə üsuldan və metoddan istifadə
edirdilər. Soyadların sonluğuna “yev” və ya “ov” kimi rus
sonluqları artırırdılar. Bu yalnız azərbaycanlılara deyil, həm də,
məsələn, yezidilərə, kürdlərə, ermənilərin bir qisminə də aiddir.
Məsələn, Nikoloz Barataşvili Baratov yazırdı. Bu problem qaydasına
düşməlidir və həmin dövrdə verilmiş tarixi-mədəni ənənələrə uyğun
olmayan, bu gün qanuni şəkildə dəyişdirilməsi mümkün olmayan həmin
soyadı dəyişmək imkanı olmalıdır. Belə halda həmin etnik qruplardan
olan şəxslərə birdəfəlik şərait yaradılacaq. Bu sonra müəyyən
ediləcək. Qanun səviyyəsində deyil, alt-qanun səviyyəsində. Onların
soyadlarını öz mədəni ənənələrinə uyğun, soyad ala biləcəkləri
metodologiya ilə dəyişdirmək imkanı olacaq. Ancaq bu fərqli olacaq.
Bütün etnik qruplar üçün universal olmayacaq. Çünki hamının öz
qaydası var. Soyadın formalaşmasının unikal qaydaları. Məsələn,
yezidilərin qaydası azərbaycanlılara, azərbaycanlıların qaydası isə
yezidilərə lazım olmayacaq və s.”, – Sarcveladze
bildirdi.
Sarcveladzenin sözlərinə görə, alt-qanun səviyyəsində, Ədliyyə
nazirinin yanında müəyyən elmi məsləhət bölməsi (müzakirə orqanı)
yaradılacaq. Məhz onlar hansı etnik qrupa bu şəraitin veriləcəyini
müəyyən edəcəklər. Ancaq onların bu hüquqa malik olması faktı
mübahisəli deyil. Həmçinin, azərbaycanlılar, yezidilər, yunanların.
Qeyd olunan məsləhət bölməsinin tövsiyəsi əsasında Ədliyyə naziri
metodologiyanı müəyyən edəcək. Soyadını dəyişdirmək istəyən
şəxslərin bunu asan şəkildə həyata keçirməsi üçün normativ baza
yaradılacaq.
Parlamentin üzvünün sözlərinə görə, məsələ ilə maraqlanan şəxslərin
Parlamentdə müzakirə zamanı da qoşulmaq imkanı olacaq. Mixeil
Sarcveladze layihənin nə zaman tam formaya salınacağını qeyd
etməkdə çətinlik çəkir. O, qeyd edir ki, bütün bunlar bir çox
amildən, həmçinin, Parlamentin gündəliyindən asılıdır.