Marneulidə “Yay bağçası” bu il də fəaliyyət göstərməyəcək
Marneuli bələdiyyəsinin uşaq bağçalarında yay tətili 30 iyun tarixindən başlayacaq.
Məktəbəqədər təhsil Mərkəzinin yetirmələri isə 15 iyundan tətilə çıxacaqlar. Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov bildirdi ki, bələdiyyədə bu il “yay bağçası” fəaliyyət göstərməyəcək. Bunun səbəbi illər ərzində pandemiya idi, indi isə binanın bərpasıdır.

“Marneuli şəhər 1 saylı uşaq bağçasında yay məktəbi olurdu. İndi isə təmir gedir. Gələn ildən fəaliyyətə başlayacaq. Başqa bağçalarda buna şərait yoxdur. Məkan əlverişli deyil. Bütün valideynlər üçün 1 saylı bağça uyğun idi”,
– Zaur Kərəmov bildirdi.

“Yay bağçasının” fəaliyyət göstərmə təcrübəsi Marneulidə illərdir, mövcuddur. Hər il yay məktəbi funksiyasını bələdiyyədə 1 saylı bağça həyata keçirir. 2020-ci ildə bağça pandemiyaya görə, fəaliyyətini dayandırdı. 2019-cu ildə həmin bağça 42 uşaq qəbul etdi. “Yay bağçası” işləyən valideynlər üçün nəzərdə tutulub.

Print ელ. ფოსტა
FaceBook Twitter Google