Xəstə uşağa yardım etmək üçün çiçəklərin satışı davam edir
29 may tarixində Marneuli bələdiyyəsinin Maradisi ictimai məktəbinin ekoloji klubunun təşkilatçılığı ilə gül xeyriyyə festivalı keçirilib.

Tədbirdən əldə edilmiş 700 lari Tamarisi kəndində yaşayan çoxuşaqlı və aztəminatlı ailəyə övladlarını müalicə etmək üçün veriləcək. Maradisi ictimai məktbinin ekoloji klubunun rəhbəri Lamara Bolkvadze deyir ki, xeyriyyəçiliyə qoşulmaq istəyənlər bu mərhələdə də qoşula bilər.

“Şagirdlər çiçək əkir, qulluq göstərir və ildə iki dəfə biz festival keçiririk. Əldə olunan gəlirlə sağlamlıq problemi olan uşaqlara kömək edirik. Bu ilki festivalda vermək üçün 700 larimiz var. Bu pul çoxuşaqlı, aztəminatlı ailəyə veriləcək ki, xəstə uşaqlarını müalicə etsinlər. Hələ hələ də var. Əgər kimsə almaq istəsə bizimlə əlaqə saxlasın. Elə də baha deyil və xeyirişdə iştirak etsinlər”-
Lamara Bolkvadze bildirdi.

Bu həmin təhsil müəssisəsinin ekoloji klubunun etdiyi yeganə xeyriyyə festivalı deyil. Bu məqsədlə illərdir müəllim və şagirdlər müxtəlif fəalliyyətlər həyata keçirir.




Print ელ. ფოსტა
FaceBook Twitter Google