Meriya 54 kondisionerin təmizlənmə/təmirinə 2 875 lari xərcləyib
Marneuli bələdiyyəsinin yerli özünüidarəsi 54 kondisionerin təmizlənmə/təmirinə 2 875 lari xərcləyib.

Bələdiyyə Məclisi və meriyadakı sərinləndirici qurğuların bir qismini kondisionerlərlə əvəz ediblər, əksəriyyətinə isə xüsusi məhlul doldurublar. Maddi-Texniki Təminat Şöbəsinin rəhbəri Besik Sexniaşvili Marneuli meri Kənan Ömərova işlərin həyata keçirilməsi üçün pul ayrılması tələbi ilə müraciət edib.

“Bildiyiniz kimi, Marneuli meriyasındakı kondisionerlərin xüsusi məhlulla təmizlənməsinə, doldurulmasına və kondensatorların dəyişdirilməsinə ehtiyac var. Xahiş edirik, xərclərlə bağlı, qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görülməsi barədə müvafiq xidmətə tapşırıq verəsiniz”,
– izahatnamədə yazılıb.

Marneuli meriyası kondisionerlərin təmiri/təmizlənməsini sadələşdirilmiş qaydada həyata keçirməyə qərar verib və fərdi sahibkar Eduard Tuninlə müqavilə bağlayıb. Bələdiyyə kondisionerlərin kondensatorunun dəyişdirilməsinə 175, kondisionerlərin məhlulla doldurulması və təmizlənməsinə isə 2700 lari ödəyib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google