Marneulili cüdoçular Mestiya bələdiyyəsində keçirilmiş olimpiya
oyunlarının ikinci mükafatçısı Nestor Xerqiani adına onuncu
beynəlxalq turnirdə uğurla mübarizə aparıblar.
Marneuli İdman Məktəbinin Mətbuat Xidmətindən “Marneuli” radiosuna
bildirdilər ki, qeyd olunan turnirdə Marneulidən 4 nəfər cüdoçu
iştirak edib.
"Cari ilin 18-19 iyun tarixində Mestiyada turnir keçirildi.
Turnirdə Marneulili Beka Çkadua 30 kq çəki dərəcəsində birinci
yeri, Qivi Kvitsiani 38 kq çəki dərəcəsində ikinci yeri və Nikoloz
Devdariani 46 kq çəki dərəcəsində üçüncü yeri tutub”,
– İdman Məktəbindən bildirdilər.
Qeyd olunan turnir 2008-2009 və 2010-11-12-ci il təvəllüdlü
cüdoçular arasında keçirilib. Turnirdə Gürcüstanın bütün
regionlarından idmançılar iştirak ediblər.