Marneulidə Kəndə Dəstək Proqramı çərçivəsində görüşlər başa çatıb

Marneuli bələdiyyəsində Kəndə Dəstək Proqramı çərçivəsində görüşlər başa çatıb.

Yerli özünüidarənin İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirirlər ki, indiki mərhələdə kəndlərdə əhalinin ən çox nəyi tələb etdiyi ilə bağlı məlumatlar yekunlaşdırılır. Verilən məlumata görə, məlumatlar hazır olduqdan sonra paylaşacaqlar.

“Marneuli” radiosu bir neçə kənddə toplantılarda iştirak etdi. Bizim müşahidəmizə görə, kəndlərin əksəriyyətində küçə işıqlarının quraşdırılması dəstəklənib.

Qeyd edək ki, bizim müşahidəmizə əsasən, bələdiyyə ötən illərdə olduğu kimi kəndlərdə ümumi toplantılarda əhalinin səfərbər edilməsində çətinlik çəkirdi. Toplantılar əksər hallarda müəllimlərin imzasının hesabına legitimliyini qoruyub saxlayırdı.

Prioritetlərin seçilməsi məqsədilə əhali ilə görüşlər 26 fevrala qədər davam etdi. Kəndə Dəstək Proqramı üçün 2024-cü ildə Gürcüstanın Regionlarında Həyata Keçiriləcək Layihələr Fondundan 1 232 000 lari ayrılıb. Kəndlərə vəsait əhalinin sayına görə bölünüb. Hər kəndə ən az 10 000 lari, ən çox 20 000 lari nəzərdə tutulub.


 

Print ელ. ფოსტა
FaceBook Twitter Google