Məktəblər Novruz bayramında istirahət etmək üçün Təhsil Resurs Mərkəzinə müraciət etməlidir

21 mart tarixində Novruz Bayramı ilə əlaqədar tətil etmək istəyən məktəblər Təhsil Resurs Mərkəzinə müraciət etməlidirlər.

Marneuli Təhsil Resurs Mərkəzinin rəhbəri səlahiyyətlərinin icraçısı Əli Qəhrəmanovun bizimlə söhbəti zamanı bildirdiyinə görə, tətillər təhsil müəssisələrinin müraciəti əsasında mümkün olacaq.

“Novruz bayramı ilə bağlı məktəb özü yazılı şəkildə bizə müraciət edə bilər. Buna uyğun olaraq biz müraciət edəcəyik, müraciəti Təhsil Nazirliyinə göndərəcəyik və onlar adi qaydada istirahət edəcəklər. Keçən il də oxşar təcrübəmiz oldu və o zaman da bizə müraciət etmişdilər. Başqa günün hesabına əvəz etməyə ehtiyac olmayacaq. Yəni 21 mart tarixində buraxılan dərs əvəz edilməyəcək”, – Əli Qəhrəmanov bildirir.

Novruz bayramı 21 mart tarixində qeyd olunur. “Novruz” fars sözüdür. Onun birinci hissəsi “Nov” – yeni, digər hissəsi isə “Ruz” gün deməkdir. Novruz Bayramı yazın, bəzi ölkələrdə isə yeni ilin gəlişini göstərir.

2010-cu ildə BMT Baş Assambleyası Novruzu beynəlxalq gün kimi tanıyıb. YUNESKO-nun 2009-cu il 28 sentyabr tarixində keçirilən sammitində Novruz rəsmən bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 2010-cu ildə Novruz bayramı Gürcüstanda dövlət bayramı elan edilib.

 



 

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები

Warning: mysql_query(): Unable to save result set in /var/www/marneulifm.ge/public_html/libraries/joomla/database/database/mysql.php on line 223
მსგავსი სტატიები არ მოიძებნა