Marneulidə Novruz Bayramında kim ifa edəcək?

21 mart tarixində Marneulidə Novruz Bayramı qeyd olunacaq. Tədbirin təşkilatçısı Marneuli meriyasının

elan etdiyi tenderdə qalib gəlmiş fərdi sahibkar Davit Qoderdzişvilidir. O, yerli özünüidarəyə tədbiri 125 000 lariyə təşkil etməyi təklif edib. Şirkətdən “Marneuli” radiosuna bildirirlər ki, Novruz şənliyində bir müğənni Azərbaycandan dəvət olunacaq, qalan ifaçılar isə Gürcüstanda fəaliyyət göstərən adamlar olacaq. Azərbaycandan müğənni Vəfa Şərifova gələcək.

O, dinləyicilərin qarşısında 45 dəqiqəlik repertuarla çıxış edəcək. Tədbirin aparıcısı repçi Nato (Afik Novruzov) və jurnalist Nanka Kokiaşvili olacaq. “Leon” dueti də musiqili nömrələr təqdim edəcək.

“Azərbaycandan Vəfa Şərifova gələcək, aparıcı azərbaycanlı, tanınmış repçi Nato və gürcüdilli Nanka Kokiaşvili olacaq. Teatr truppası da olacaq, performans təqdim edəcəklər. Animatorlar Şousu, Leon dueti dəvət olunacaq və azərbaycanlı müğənni, aşıq Nargilə Mehdiyeva də olacaq. Azərbaycandan yalnız bir müğənni gətiriləcək, qalanları Gürcüstanda fəaliyyət göstərənlərdir”, – şirkətdən bildirirlər.

Tenderə görə, Marneulinin yerli büdcəsindən Azərbaycandan dəvət olunmuş müğənniyə 3500 lari ödəniləcək. Aparıcılara 1000 lari, musiqili qruplara isə 1500 lari veriləcək.

Novruz bayramında kulinar masterklasları, tonqal yandırma ənənəsi, idman tədbirlər və s. nümayiş etdiriləcək.

Marneuli yerli özünüidarəsi 2024-cü ildə Novruz bayramında konsertin təşkil olunması üçün nəzərdə tutulan xərcləri ötən ilin xərclərinə nisbətən ikiqat artırıb. 163 250 lari dəyərində tenderdə bu il dörd namizəd iştirak edib. Qalib isə fərdi sahibkar Davit Qoderdzişvili olub.

“Novruz” fars sözüdür. Onun bir hissəsi “Nov” – yeni, digər hissəsi isə “Ruz” bu gün deməkdir. Novruz Bayramı yazın, bəzi ölkələrdə isə yeni ilin gəlişidir. Bayram süfrəsinə xüsusi diqqət yetirilir - bu gün üçün xüsusi olaraq üç növ şirniyyat hazırlanır: “Şəkərbura”, “Qoğal” və “Paxlava”. Yumurtalar da qırmızı rəngə boyanır və səmənin yanına düzülür.

 

 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!

Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 

Print ელ. ფოსტა
თეგები: Marneuli Novruz Bayram
FaceBook Twitter Google