Vaxuşti körpüsü yaxınlığında baş vermis qəza nəticəsində bir nəfər dünyasını dəyişib
Tbilisidə, Vaxuşti körpüsü
yaxınlığında baş vermis yol nəqliyyat hadisəsi zamanı bir nəfər
dünyasını dəyişib.
Daxili İşlər Nazirliyindən “İnterpresnews”a bildiriblər ki, hadisə
ötən gün gecə saatlarında baş verib. Nazirlikdən verilən məlumata
görə, hadisə nəticəsində daha üç nəfər isə yaralanıb.
Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsinin beşinci hissəsi
ilə istintaq davam edir.