Gürcüstanda üçüncü yeni koronavirusa yoluxma halı qeydə alındı
Gürcüstanda üçüncü yeni koronavirusa yoluxma halı qeydə alındı. Bu barədə jurnalistlərə Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Mərkəzinin rəhbəri Amiran Qamkrelidze məlumat verib.

Onun sözlərinə görə, virus İranda qayıtmış Gürcüstan vətəndaşında aşkarlanıb.

“Bizdə 93 mümkün hal var idi. Bunlar müayinə olunan və müşahidə altında saxlanılan şəxslərdir. Onların hamısı laboratoriya şəraitində yoxlanılıb.

Bu gün səhər laboratoriya yolu ilə təsdiqlənmiş üçüncü hal qeydə alındı. Həmin şəxs dünən Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib. O, İranda olmuş Gürcüstan vətəndaşıdır, onun virusa ilk yoluxan şəxslə ünsiyyəti olub.

Dünən sərhəddə onda hərarət olması qeydə alınıb, Fövqəladə Hallar Xidməti tərəfindən Yoluxucu Xəstəliklər Xəstəxanasına gətirilib və nümunə götürülüb və koronovirusun olması təsdiqlənib. Hər üçünün vəziyyəti qənaətbəxşdir”, – Qamkrelidze deyib.

Mənbə: İnterPressNews
Print ელ. ფოსტა
FaceBook Twitter Google