İyunun 27-də AŞPA-nın sessiyasında Gürcüstanla bağlı debat keçiriləcək

Cümə axşamı, iyunun 27-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında Gürcüstanla bağlı debat keçiriləcək.


“Gürcü arzusu”nun üzvü Qivi Mikanadze Gürcüstanda demokratiyanın çağırışları, eləcə də cari məsələlərlə bağlı təcili debatların keçirilməsinin əleyhinə idi. Onun sözlərinə görə, hazırda debat keçirmək Gürcüstanda keçiriləcək parlament seçkilərinə müdaxilə ola bilər, çünki seçkilərə 4 ay qalıb. Buna görə də Mikanadze debatın təxirə salınmasını
xahiş edib.

Mikanadzenin xahişinə baxmayaraq, 116 deputatdan 92-si AŞPA-da Gürcüstanla bağlı debatın keçirilməsini dəstəkləyib. Müvafiq olaraq, Gürcüstanla bağlı debat iyunun 27-si səhərə təyin edilmişdi.

“Avropalı tərəfdaşlarımız Gürcüstandakı hazırkı vəziyyətlə maraqlanır. Gürcü xalqının Avropa gələcəyi və Gürcüstanın perspektivi ilə bağlı mövqeyi onlar üçün vacibdir və buna görə də tam həmrəylik ifadə edirlər.
Ona görə də bu gün Avropa Şurası Gürcüstanda demokratiyanın inkişafı ilə bağlı fövqəladə debat təyin edib. Bizim avropalı tərəfdaşlarımız Gürcüstandakı bugünkü vəziyyətlə bağlı öz mövqelərini ifadə etmək imkanı əldə edəcəklər - gənclərimiz, cəmiyyət küçədə qarşılananda, zorakılığa məruz qalanda və Avropanın gələcəyi məhv edilir.
“Gürcü Arzusu” nümayəndələrinin bu debatın keçirilməməsi ilə bağlı etirazına baxmayaraq, Avropa Şurasının tərkibi bu qərarı mütləq səs çoxluğu ilə dəstəklədi və cümə axşamı, iyunun 27-də bizim Avropanın siyasi gündəminin əsas məsələsi – Gürcüstan haqqında debat olacaq”,
- “Milli Hərəkat”ın üzvü Levan Bejaşvili bildirib.

Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google