Ulduz falı - Romantik hisslərə qapılmayın
Qoç
- bu gün yaranacaq istəklər, ideyalar və ya quracağınız planları
sürətlə reallaşdırmaq asan deyil. Yaxın ətrafınızdakı insanlardan
dəstək gözləməyin.
Özünüzə qapanmayın, pərişan olmayın.
Hisslərinizi anlamayan, sizi başa düşməyən insanlarla
münasibətləriniz pozula bilər. Kiçik, amma əndişə yaradan maliyyə
itkiləri istisna deyil.
Səfər və ya səyahət üçün əlverişli gün deyil. Yol sizi yoracaq,
usanacaqsınız. Sevdiyiniz insanla münasibətlərdə həddən ziyadə
həssas və diqqətli olun. Hər tənqidə sərt reaksiya verməyin,
xırdalıqlar sizi təbdən çıxarmasın.
Axşam saatlarında başağrıları mümkündür.
Buğa - əvvəlcədən hazırlanmış plana riayət etmək çox çətindir.
Hadisələr gözlədiyiniz və ya təxminlədiyiniz məcrada inkişaf etmir.
Situasiyaya uyğunlaşmasanız, çox çətin olacaq. Yardım heç
gözləmədiyiniz yerdən gələcək. Çətin anda sizə kömək etmiş insana
minnətdarlığı unutmayın.
Yeni tanışlıqlar üçün pis gün deyil. Lakin diqqətli və sayıq olun,
yaramaz insanlarla təmaslar qurmayın. Romantik münasibətlər
başlayarsa, uzunmüddətli və ciddi olacaq.
Axşam saatlarında normal istirahət edin.
Əkizlər - məhsuldar gündür. Yaradıcı yanaşma, həllərdə orijinallıq
tələb edən işlərdə uğur əldə edə bilərsiniz. Fəlsəfə, psixologiya
və xarici dillərin öyrənilməsində irəliləyişə nail olacaqsınız.
Təkmilləşmə və intellektual yüksəliş üçün göstərdiyiniz səylər
hədər getməyəcək.
Peşəkar planların müzakirəsi üçün yaxşı gündür. Karyeranızda
əhəmiyyətli rol oynaya biləcək sənədin imzalanması ehtimalı
var.
İşgüzar müstəvidə təşəbbüskar olun. Yaxşı çalışsanız, nəticədən
razı qalacaqsınız.
Xərçəng - işgüzar məsələlərin həlli üçün keçirilməsi gərəkən
görüşləri təxirə salmayın. İnadkarlıqla güzəştlər arasında "qızıl
orta"nı tapın. Sərt təzyiqə əl atmayın. Müqavilə və anlaşmalar
uğurlu olacaq. Həlli son anda baş tutacaq problemlər var.
Şəxsi münasibətlər müstəvisindəki durum normal deyil. İşləri
praktik məcraya qaytarmaq üçün ciddi çalışın. Dostlara yardım edin.
Məsləhətinizə ehtiyacı olan insanlar var.
Şir - maliyyə məsələlərinin həlli baxımından əlverişli zamandır.
Uğura güvənməyin. Maliyyə və əmlakla bağlı istənilən problemin
həllində konstruktiv yanaşma nümayiş etdirin. İlk baxışdan kiçik,
amma əslində, böyük irəliləyişlər vəd edən dəyişikliklərə hazır
olun.
Yeniliklərə müqavimət göstərsəniz, bir sıra mühüm işlərin gedişatı
yavaşıya bilər.
Şəxsi münsibətlərdə mürəkkəb situasiya formalaşır. Yaxınlarınızla
tam anlaşmaya nail olmaq çətindir. Güzəştə getməyi bacarın.
Əfsuslar olsun ki, güzəşt etməli insan sizsiniz.
Qız - mahiyyət etibarən pis gün deyil və qarşınıza qoyduğunuz
məqsədlərə çata bilərsiniz. Realist olun, xülyalara uymayın,
illüziyalara qapılmayın. Aza qane olaraq gərəkli istiqamətdə
addım-addım irəliləyin.
Günün ikinci yarısında sizə yardım etməyə başlayacaq insanlar uzun
müddət müttəfiqləriniz kimi qalacaqlar.
Yaxın ətrafınızdakı insanlarda xoş təəssürat yaratmağa çalışın.
Əlverişli məqamdan yararlanaraq maraqlı tanışlığa nail olmaq
mümkündür.
Romantikaya qapılmayın.
Tərəzi - sizi maraqlı xəbərlər və olaylar gözləyir. Macəralar
aramayın - onlar sizi tapacaq. Ətrafınızda yaşananlara operativ və
məntiqi reaksiya verin. Səhvlər etməməyə, yanlışlıqlara yol
verməməyə çalışın.
Peşəkar fəaliyyət sahəsində irəliləyişlərə nail ola bilərsiniz.
Günün ikinci yarısında yaxınlarınızla aranızda münaqişə yarana
bilər. Fəqət, o, sərt və ciddi olmayacaq. Etiraflara inanmayın.
Sevdiyiniz insanla səmimi olun.
Əqrəb - gərgin və çətin gündür. Günün ikinci yarısı ilk yarıdan
daha uğurlu və düşərli olacaq. Ağır, ciddi işləri günün ilk
yarısına planlaşdırmayın.
Alış-verişdə bədxərclik etməyin. Kefinizi durultmaq üçün gərəksiz
nəsnə almayın.
Sizi anlayan insanlarla görüşməyə çalışın. Bilik, bacarıq və ya
perspektivlərinizə şübhə edən adamlarla sıx təmasda olmayın. Belə
insanlar özünüzə olan inamı azalda bilər.
Oxatan - yaşam potensialı səviyyəsi aşağı düşəcək. Adi vaxtlarla
müqayisədə daha tez yorulacaqsınız. Günün ikinci yarısında əhvalın
pisləşməsi, xroniki ağrıların güclənməsi istisna deyil.
Uzun səfər və ya səyahətə yollanmaq məsləhət deyil. Evə yaxın
olun.
Dostlar əhvalınızı yaxşılaşdıracaq, sizi hədiyyə və ya xoş xəbərlə
sevindirəcəklər.
Həmkar və ya həmfikirlərinizlə görüşə biləcəyiniz tədbirlərə
qatılın. Faydalı tanışlıqlara nail olun.
Maliyyə məsələlərində ehtiyatlı olun. İtkilər istisna deyil.
Oğlaq - qarşınıza qoyduğunuz məqsədə doğru sürətlə irəliləmək üçün
əlverişli gündür. İstirahət istəyinə aldanaraq mühüm işi təxirə
salmayın. Diqqəti işə yönəldin. Xırda təfərrüatlar və detalları
nəzərdən qaçırmayın. İstənilən anlaşma və ya müqavilələrin
müzakirəsində sayıq olun. Yalan qurbanına çevrilə bilərsiniz.
Uzun müddət sükan arxasında olmayın. Bu gün mürəkkəb texnika ilə
çalışmaqdan yayının.
Günün ikinci yarısında yaxınlarınızla təmaslarda problemlər
yaranmayacaq. Onlar əhvalınızı anlayacaqlar.
Yeni tanışlıq ehtimalı azdır.
Dolça - əhəmiyyətli və ya çoxdan gözlənilən hadisə baş verəcək.
Narahat olmayın, ciddi problemlər yaranmayacaq. Məqsədə çatmağınıza
az qalıb. Bir qədər səbrli olun.
Maraqlı kəşflər, ümidverici görüşlər istisna deyil. Bilik və
təcrübəniz sizə yeni dostlar tapmağa imkan verəcək.
Günün ikinci yarısı alış-veriş üçün əlverişlidir.
Axşam saatlarında dostlarla birlikdə istirahət edin.
Romantik hisslərə qapılmayın.
Balıqlar - xoş, ahəstə və əsəblərin sakit olduğu gündür. Hansısa
işin yarımçıq qalması, harasa gecikməklə bağlı narahatlıq
keçirməyin. Təsadüfən xoş işlər baş verəcək. Əsas odur ki,
yaşananları diqqətdən qaçırmayın. Maraqlı görüşlər, yaşamınıza
əhəmiyyətli dərəcədə təsir edəcək insanla təmaslar istisna
deyil.
Axşam saatlarında normal istirahət edin.
Uzaqdan gəlmiş insanla qarşılaşacaqsınız.