18 noyabr üçün ulduz falı
18
Noyabr 2019-cu il
Qoç - Cari, rutin işlərə istəmədən çox vaxt sərf edirsiniz. Ancaq
yalnız bunları bitirəndən sonra əsas məsələlərə keçmək olar. İşdə
eksperimentlər aparmaq məsləhət deyil, yaxşı olar ki, yoxlanılmış
metodlardan istifadə edəsiniz. Rəhbərliyin dəstəyinə yalnız
axşamtərəfi nail ola bilərsiniz.
Fiziki iş və idmanla məşğul olun. Axşam səbəbsiz həyəcan
yaşayacaqsınız. Sakit olmağa çalışın. Energetik içkilərdən uzaq
durun.
Buğa - O qədər də çox şey vəd etməsə də, pis gün deyil. Dediyiniz
hər sözü ağzınızdan "bişirib" çıxarın: sizi çox diqqətlə
dinləyirlər, özü də bunların hamısı sizi çox istədiklərindən belə
etmir. Bəzi Buğalar özlərinin keçmiş düşmənlərini dosta çevirə
biləcəklər. Sonuncular isə tez bir zamanda öz vəfalarını sübut
edəcəklər. Sizə çox vəd verən insanlara inanmayın - çox güman ki,
müsahibiniz özü də istəmədən sizi yanıldır.
Asanlıqla aşiq olur, başınızı itirirsiniz, ilk baxışdan məhəbbət bu
gün sizi tapa bilər. Artıq öz yarlarını tapanlar isə onların yeni
xüsusiyyətlərinə təəccüblənib heyran olacaqlar.
Əkizlər - İşdə uğurlar qazana bilərsiniz, yeni, mürəkkəb
məsələlərin öhdəsindən asanlıqla gəlirsiniz. İstənilən şəraitdə
nikbinliyinizi və öz gücünüzə inamı qoruyub saxlayırsınız. Bu,
ətrafınızdakılarda xoş təəssürat yaradır, sizə nüfuzlu insanların
rəğbətini qazandırır.
Tanışlıqların sayı çox olmasa da, həyatınızda vacib rol oynayacaq
maraqlı bir insanla rastlaşa bilərsiniz. Ailəli Əkizlər həyat
yoldaşları ilə münasibətlərini möhkəmlədə, mübahisələrə son qoya
bilərlər.
Xərçəng - Əvvəlcədən təyin etdiyiniz məqsədlərinizə doğru gedin,
yolunuzdan sapdırmağa çalışanlara isə imkan verməyin. Sizi
şirnikləndirmək istəyənlər çox olacaq, amma özünüzdə güc tapıb
bunlara etiraz edə bilərsiniz. Yeni tərəfdaşlarınızla
əməkdaşlığınız qarşınızda yeni perspektivlər açacaq.
Yaxınlarınızla münasibətləriniz gərgindir: uzun müddət üzərindən
sükutla keçdiyiniz məsələləri müzakirə etməyin vaxtı gəlib. Xırdaca
da olsa, hansısa bir risklə bağlı şəraitlərdən qaçın:
ehtiyatsızlığınız ucbatından ziyan çəkə bilərsiniz.
Şir - Yeni tanışlar tapmaq, faydalı əlaqələr qurmaq zamanıdır. Bu
gün "ixtira maşınınız" əla işləyir, odur ki, həm özünüzün, həm
başqalarının problemlərinin orijinal həll yollarını tapırsınız.
Daşınmaz əmlak, o cümlədən xaricdə yerləşən mülklə bağlı məsələləri
həll etmək olar.
Bir çox Şirlər bu gün özləri üçün yeni bir sahədə qüvvələrini
sınayacaqlar və əldə etdikləri nəticə onları yaxşı mənada
təəccübləndirəcək. Digərləri isə əla istedadlarını kəşf edəcək və
dərhal bunlardan yararlanmağa çalışacaqlar.
Qız - Boyunuzdan yuxarı tullanmağa çalışmayın: qarşınıza elə
məqsədlər qoyun ki, onları həll edə biləsiniz. Faydalı işlərlə
məşğul olmağa çalışın. Riskdən qaçın, təhriklərə uymayın. Məhz
ehtiyat və diqqət bir çox səhvlərdən və düşünülməmiş hərəkətlərdən
sizi qoruyar.
Qadınlarla ünsiyyət çox faydalı olacaq - sizə gərək olan köməyi
məhz onlar göstərəcəklər. Maliyyə işlərinizi qaydaya salmağa
çalışın. Borc almaq, şübhəli laiyhələrə pul yatırmaq məsləhət
deyil.
Tərəzi - Eksperiment aparmayın, yoxlanmamış metodlardan istifadə
etməyin. Sağlam mühafizəkarlıq, ehtiyat, ənənələrə sadiqlik
uğurunuz üçün şərait yaradacaq. Başqalarını hövsələdən çıxaran
çətin məqamlarda siz təmkininizi qoruyursunuz.
Sənədləşdirmə işlərində, icazələrin, lisenziya və subsidiyaların
alınmasında heç bir problem yaranmayacaq. Dövlət orqanlarının
nümayəndələrilə ünsiyyət məhz sizə lazım olan tərzdə keçəcək və
sizə lazım olan nəticəni verəcək. Əhvalınız yaxşı olacaq.
Əqrəb - İdeyalarınızın reallaşdırılması üçün dəstəyə ehtiyacınız
olduğunu anlayırsınız, ancaq onu, təəssüf ki, lazım olmayan yerdə
arayırsınız. Təmaslarda ehtiyatlı olmağınız vacibdir: ləyaqətsiz
birinə inanaraq ciddi səhv edə bilərsiniz. Eksperimentlərdən
çəkinin. Maliyyə fırıldaqlarında qətiyyən iştirak etməyin.
Ailədə xoş bir hadisə yaşayacağınız çox mümkündür. Qohumlarınızdan
ürəkaçan xəbərlər ala bilərsiniz. Bəzi Əqrəblər gözlənilmədən
səfərə hazırlaşacaqlar, o isə əla keçəcək.
Oxatan - İşgüzar təmaslar üçün uğurlu gündür. Bu gün əvvəllər sizə
qarşı olan insanların rəğbətini qazana bilərsiniz. İntuisiyanız çox
güclüdür, onun sayəsində işbirliyində olduğunuz adamların əsl maraq
və məqsədlərini anlayırsınız. Xarici şirkətlərdən əməkdaşlıq
təklifi ala bilərsiniz.
Günün birinci yarısı bağladığınız sövdələr gəlir gətirəcək. Sonra
isə maliyyə vəziyyəti dəyişəcək, özü də heç xoş olmayan tərzdə.
Axşam planlaşdırılmamış alış-verişə çıxmayın.
Oğlaq - Nə baş verirsə-versin, təmkininizi qorumağa çalışın.
Düzdür, şərait siz istəyən kimi deyil, amma istənilən situasiyadan
çıxış yolu, özü də ən uğurlusunu, tapa biləcəksiniz. Sizə yaxşı
tanımadığınız insanlar dəstək olacaqlar. Gözləmədiyiniz mənbədən
pul ala bilərsiniz.
Romantik münasibətlər sizin üçün qeyri-adi məcrada inkişaf edir.
Şəraitə nəzarəti ələ almağa çalışmayın - taleyinizə inanın, sizi
yeni və xoş kəşflər gözləyir. Bu gün bağlanan nikahlar çox uğurlu
olacaq.
Dolça - Cəsarətli plan və orijinal ideyalarınız var? Əgər varsa,
sevinin: onların reallaşdırılması üçün əla vaxt gəlib yetişdi. Nə
qədər qətiyyətli olsanız, uğur qazanmağınız bir o qədər realdır.
Dərhal olmasa da, nüfuzlu insanların dəstəyinizi alacaqsınız, onlar
sizin istedad və işgüzar keyfiyyətlərinizi düzgün
qiymətləndirəcəklər.
Qohumlarla ünsiyyət, əmlak və maliyyə mübahisələrinin aradan
qaldırılması üçün əlverişli gündür. Gözləmədiyiniz mənbədən pul ala
bilərsiniz. Romantik münasibətlərə başlamaq olar.
Balıqlar - Xeyli gözlənilməzlik yaşayacaq, hərdən yaranmış
situasiyadan necə baş tapmağı bilməyəcəksiniz. Sizə məsləhət verən
çoxdur, amma yaxşı olar ki, öz intuisiyanıza qulaq asasınız.
Rəhbərliklə aranızda fikir ayrılığı yarana bilər, çalışın, bunları
tezliklə aradan qaldırasınız.
Telefon danışıqları bu gün çox vaxt alacaq, özü də bunların heç də
hamısı xoş olmayacaq. Uzaqlardan sizi narahat edəcək xəbərlər ala
bilərsiniz. Yaxınlarınız çətin məqamlarda köməyinizə gələcək, sizi
ruhlandırmağa çalışacaqlar.