Qoç - günün ilk yarısında mühüm işə başlamayın. Fəaliyyət sahəsində
və şəxsi münasibətlərdə təşəbbüskar olun.
İdeyalarınız dəstəklənəcək. Sizə yardım etmək istəyənlər var.
Dostlar və tanışlarla normal danışın, emosiyalara qapılmayın. Günün
ikinci yarısında vədlərdən birini reallaşdırmaq gərəkdir.
Öhdəlikləri unutmayın. Tanışlarla birgə fəaliyyət sayəsində həllini
gözləyən problemi çözmək olar. Axşam saatlarında internetdən
istifadə edərək gərəkli məlumatı tapa bilərsiniz.
Buğa
- özünüzü tənha hiss etməyin, bədbinliyə qapılmayın. Münaqişə
və ya mübahisələrdən uzaq olmağa çalışın. Əsəblərinizi qoruyun.
Planlaşdırılmamış xərclərə yol verməyin. Günün ikinci yarısı
işgüzar fəaliyyət üçün daha əlverişlidir. Ünsiyyət yeni
tanışlıqları ehtiva edir. Yaxınlarınızdan mənəvi dəstək istəməkdən
çəkinməyin. Onlar sizə yardım edəcəklər. Axşam saatlarını sakit
şəraitdə keçirin.
Əkizlər - yaxın ətrafınızdakı insanların emosional durumlarına
fikir verin. Müşahidələrdən istifadə edərək problemlərin qeyri-adi
həllini tapa bilərsiniz. İşgüzar intuisiyanız iti olsun.
Pullarınızı boş işlərə xərcləməyin. Maliyyə vəsaitinizin qədrini
bilin.Uğur qazanmaq üçün novasiyalardan, yeniliklərdən bəhrələnin.
Riskdən qorxmayın.Günün ikinci yarısında yaxınlarınızdan biri
problemlə üzləşəcək. Həmin şəxsə yardım edin. Subaysınızsa,
aradığınız insanla qarşılaşa bilərsiniz.
Xərçəng - potensial və imkanlarınızın qədrini bilin. Mənasız
işlərlə məşğul olmayın. Bilikləriniz və təcrübənizdən maksimum
bəhrələnin. Yaradıcılıq imkanlarının nümayişi üçün əlverişli
zamandır. Hadisələrin axarına müdaxilə gərəkdirsə, bunu təxirə
salmayın.Günün ikinci yarısında şəxsi münasibətlərdə eqoist
motivlərə qapılmayın. Sevdiyiniz insanı qısqanmayın. Şübhələr,
qısqanclıq pis fəsadlara səbəb ola bilər. Axşam saatlarında normal
istirahət edin.
Şir - səhər saatları danışıqlar və privat söhbətlər üçün əlverişli
deyil. İşdə rəhbərliklə nəyisə müzakirə etməyə çalışmayın. Hüquqi
məsələlərin həllini ertələyin. Günün ikinci yarısında yeni məlumat
və ya xəbər ala bilərsiniz. Maraqlandığınız işlə məşğul olmaq üçün
əlverişli zamandır. Axşam saatlarına yaxın xatirələr yada düşəcək.
Bir zamanlar sevdiyiniz filmə yenidən baxmaq olar. Sevdiyiniz
insanla münasibətləri möhkəmləndirin.
Qız - səhər saatlarından etibarən önəmli, vacib məsələlərin həllinə
başlayın. Diqqətli olun. Kənar təsirlərə uymayın. Məhsuldar
çalışmaq üçün bir işi yarımçıq qoyub başqasına start verməyin.
Fəaliyyətinizi ciddi planlaşdırın, addımlarınızı müəyyənləşdirin.
Günün ikinci yarısında həssaslıq və sentimentallıq ifrata çatmasın.
Dəstəyə, yaxşı məsləhətə ehtiyacınız var. Qohumlar və dostlarla dil
tapmaq olar. Əhvalınızı yaxşılaşdırmaq üçün axşam saatlarında
normal əylənin.
Tərəzi - davranışınız laübəli, təlatümlü olmasın. Kiçik problemlər
və maneələr ifrat emosional reaksiyaya rəvac verə bilər.
Əhvalınızdan asılı olaraq planlarınızı sürətlə, tez-tez dəyişməyin.
Diqqətsizlik sonradan ağır fəsadlara səbəb olacaq addımlara rəvac
verməsin.Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə
həssas, sayıq davranın, həddən artıq tələbkar olmayın.
Emosiyalarınızın öhdəsindən gəlin. Anlamlı olun, dəyər verdiyiniz
insanların qayğısına qalın.
Əqrəb - günün ilk yarısı yaxşı xəbərlər və müsbət dəyişikliklər vəd
edir. Çoxdan bəri planlaşdırdığınız işi reallaşdıra bilərsiniz.
Mövqeyinizi möhkəmləndirin, nüfuzunuzu artırın. Yeni dostlar tapa
bilərsiniz.Fəaliyyət istiqamətində innovasiyalar üçün əlverişli
gündür. Günün ikinci yrısında alış-verişdə diqqətli olsanız, yaxşı
nəticələr istisna deyil. Şəxsi münasibətlərdə situasiya pis deyil.
Şansı əldən verməyin. Əks cins mənsubunun diqqətini cəlb edə
bilərsiniz. Axşam saatlarını yaxınlarınıza həsr edin.
Oxatan - günün ilk yarısında intuisiyanıza inanın, problemlərdən
hifz olunmağa çalışın. Ünsiyyətdə insan psixologiyasının təməl
motivlərini unutmayın. Asılı olduğunuz insanlarla təmaslarınızı
aktivləşdirin. Səbirli olun. Günün ikinci yarısında yaxın
ətrafınızdakı insanlarla münasibətləriniz pis olmayacaq. Stabil
münasibətlər arzulayırsınızsa, bəxtə bel bağlamayın, fatumdan asılı
olmayın. Axşam saatları romantik hisslər vəd edir.
Oğlaq - günün ilk yarısında sakit şəraitdə fəaliyyət göstərin.
Fiziki hərəkətlərə vaxt ayırın. Ağır işdən çəkinməyin. Yeni işlərə
başlamaq olar. Əməkdaşlıqla bağlı müzakirələr aparın. Günün ikinci
yarısında perspektiv hesab etdiyiniz sahəyə və ya layihəyə sərmayə
yatırmaq olar. Dəyər verdiyiniz insanın qədrini bilin. Çətin
situasiyada dürüst seçim etməyi bacarın. Fikir ayrılıqları olsa da,
sizi birləşdirən dəyərlər çoxdur.
Dolça - uğur əldə etmək üçün həlledici amil kənar təsirlərə
uymamaqdır. Xoşagəlməz işlərlə məşğul olmaq zərurəti yaranarsa,
situasiyanı təhlil edin. İşlər ağır olsa da, onları başa vurmaq
lazımdır. Kimsə əvəzinizə işləyən deyil.Səbirli, soyuqqanlı
olun.Günün ikinci yarısında yaşam arealında qayda yaradın. İş
yerində adekvat olun. Axşam saatlarında tənhalığa can atmayın.
Dostlar və yaxınlarla istirahət məsləhətdir.
Balıqlar - günün ilk yarısını vurnuxma olmadan, tələskənliyə yol
vermədən keçirin. İrəliləyişə imkan verəcək azsaylı şanslardan
yararlanın. Məqsədə doğru aparan yolda yeganə maneə yalnız
tənbəlliyiniz ola bilər. İnert, süst, passiv olmayın. Astagəllik
etməyin. Günün ikinci yarısında qəfil gəlir əldə edə bilərsiniz.
Uzun müddətdən bəri istifadə etmədiyiniz əşyadan qurtulun. Bu
minvalla kiminsə problemlərini həll edə bilərsiniz. Axşam saatları
görüş, danışıqlar və müzakirələr üçün əlverişlidir.