Ekoloji Nəzarət Departamentinin əməkdaşları Bolnisidə qanunsuz ov
faktını aşkar ediblər.
Qurumun məlumatına görə, Bolnisi bələdiyyəsində vətəndaş dövlət
qeydiyyatı olmayan ov tüfəngi və əl ov aləti ilə qanunsuz ov
edib.
“Qanunsuzluq törədən şəxslə bağlı müvafiq sənədlər
hazırlanıb. Ov tüfəngi və əl işıqlandırma cihazı möhürlənib.
“Ekoloji Nəzarət Departamenti vətəndaşlardan hər hansı qanun
pozuntusu aşkar edildikdə Ekologiya və Kənd Təsərrüfatı
Nazirliyinin qaynar xəttinə - 153 nömrəsinə (indekssiz, zəng
pulsuzdur, anonimlik qorunur) müraciət etmələrini xahiş edir ki,
idarənin müvafiq rayon şöbəsi dərhal müraciətə qarşılıq verə
bilsin."
Mənbə: tv4.ge