Telefonları noutbukun üzərinə qoymaq olmaz – SƏBƏB
Bəzən istifaədçilər hər iki cihazla işlədiyinə görə telefonu noutbukun üzərinə qoyur.

Mobil cihazları noutbukun üzərinə qoymaq qətiyyən məsləhət deyil.

Məlumata görə, istifadəçilərə iki cihazın bir-biri ilə təmasda olmasına icazə vermək tövsiyə edilmir. Çünki noutbukun üzərinə qoyulmuş telefon ciddi problemlərə səbəb ola bilər. Çətinliklər həm mobil telefonda, həm də fərdi kompüterdə yarana bilər.

Bu zaman mobil cihazın şarjı sürətli şəkildə boşalmağa başlayacaq. Çünki noutbukun yanında olanda hər iki cihazın yükü artır.

Bununla yanaşı, həm kompüterin, həm də telefonun işləməsi zamanı gecikmələr baş verəcək. Hətta hər iki cihazın sıradan çıxma riski var.

Beləliklə, mobil cihazlar noutbukun üzərinə qoyula bilməz. Üstəlik, daxil edilmiş cihazları mümkün qədər bir-birindən uzaq tutmaq məsləhətdir.
Mənbə: lent.az

Print ელ. ფოსტა
FaceBook Twitter Google