Suyu bir neçə dəqiqə ərzində zəhərli arsendən təmizləmək üçün
nanokompozit hazırlanıb.
Bu sınağı Tomsk Politexnik Universitetinin (TPU) alimləri
aparıblar.
Yeni nanokompozitin ölçüsü 100 nanometrə qədər olan bir neçə
materialdan ibarətdir. Komponentlərə maqnit dəmir oksidi və qrafen
daxildir. Maqnetit əvvəllər universitetdə hazırlanmış qrafen
oksidin səthində uğurla alınıb. Bu yeni material ağır metal
ionlarını, üzvi boyaları və mikroorqanizmləri adsorbsiya etmək
qabiliyyəti də daxil olmaqla unikal xüsusiyyətlərə malikdir.
Tədqiqatın ən mühüm nəticələrindən biri yüksək adsorbsiya
dərəcəsidir. Fe3O4/rGO nanokompoziti cəmi bir dəqiqə ərzində arsen
ionlarının 81 faizini çıxara bilib. Bu təsirli nailiyyət suda ağır
metallarla çirklənmə problemini əvvəllər əlçatmaz görünən miqyasda
həll etmək perspektivini açır.
Mənbə: Lent.az