“Whatsapp”dan QADAĞA – "skrinşot" etmək olmayacaq
“Meta” şirkəti “Whatsapp”a daha bir yenilik gətirib.

"Marneuli" radiosu xəbər verir ki, yenilik Android smartfonları üçündür. Belə ki, artıq Android əməliyyat sistemli cihazlar digər istifadəçilərin profil şəklini "skrinşot" (ekran qeydi) edə bilməyəcək.

Məlumata görə, artıq istifadəçilər kontaktlarındakı istifadəçilərin profil fotolarını "skrinşot" edən zaman “Bu proqram ekran görüntüsünü çəkməyə icazə vermir” mesajını alır.

Bununla belə, qrupların ikonalarının "skrinşot"larını çəkmək mümkündür. Sistem həmçinin bütün ekranı əhatə edən profil şəkilləri olmadan çəkilmiş "skrinşot"lara da imkan verir.

Bildirilir ki, bu məhdudiyyət tətbiqin defolt konfiqurasiyasına çevrilib və onun sonradan hər hansı “WhatsApp” versiyasına şamil olunması ilə bağlı heç bir ayrıcalıq yoxdur. Bu yeniləmənin “WhatsApp” quraşdırılması ilə deyil, server tərəfindən edildiyini göstərir.

Mənbə: lent.az


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!

Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google