Ulduz falı - Təlimatlara, göstərişlərə əməl edin
04
Oktyabr 2019-cu il.
Qoç - Günün ilk yarısında hücum taktikası seçməyin. Mümkün qədər
təmkinli, ehtiyatlı davranın. Məqsədə çatmaq üçün gərəyindən artıq
vaxt və qüvvə sərf etməyin.
Hədəfə doğru aparan yolda ikinci şans olmayacaq. İmkanları real
dəyərləndirin. Dəyər verdiyiniz insanla ünsiyyətdə aqressiv və sərt
olmayın. Qısqanc davranmayın, kinli insan təsiri bağışlamayın.
Konkret məsələ ilə bağlı prioritetləri müəyyənləşdirin.
Danışıqlarla müzakirədə məsələni tam nəzərdən keçirin.
Buğa - Ən müxtəlif işlərin yerinə yetirilməsi üçün münasib
zamandır. Özünüzdən bədgüman olmayın. Qüvvə və potensialınıza
şübhəniz olmasın. İndiyədək reallaşdırılmasını arzuladığınız
məsələni gerçəkləşdirməyə başlayın. İradəli olun, əsla və heç bir
halda geri çəkilməyin.
Çoxdan bəri hazırladığınız planı həyata keçirməyə başlayın.
Günün ikinci yarısında ailədəki situasiya stabil olacaq. Qarşılıqlı
anlaşma daha aşkardır. Yaxınlarınız sizə yardım etməyə hazırdırlar.
Səhhətinizə fikir verin. Pəhriz barədə düşünün.
Əkizlər - Günün ilk yarısında yaranmış situasiyanı diqqətlə təhlil
edin. Arzulara və xəyallara qapılmayın, illüziyalar aləmində
dolaşmayın. Baş verənlərə realist münasibət bəsləyin. Hadisələrin
axarı sizdə narahatlıq yaradarsa, böhranlı durumu təcrübəniz
hesabına çözə bilərsiniz.
Günün ikinci yarısında istənilən problemi həll edə bilərsiniz.
Məqsədi dəqiqləşdirin. Saatlar keçdikcə ünsiyyət çevrənizi
məhdudlaşdırın. Maliyyə, texniki və fiziki təhlükəsizliyinizi təmin
edin. Diqqətli, sərvaxt olun.
Xərçəng - Çoxdankı rəqiblərlə münasibətlərin gərginləşməsi istisna
deyil. Dostlar və ya qohumlardan birinin sizə qarşı ambisioz
iddiaları var. Yaxın ətrafınızdakı insanların tələbləri ilə
istəklərini nəzərə alın.
Günün ikinci yarısında situasiya yeni problemlər yaradacaq. Etibar
etdiyiniz insanla səmimi söhbət bir sıra məqamlara aydınlıq
gətirəcək. Müəmmalı məsələlərin çözülməsində intuisiyanıza
güvənin.
Şir - Ünsiyyət və fəaliyyət üçün daha geniş sahəyə ehtiyacınız var.
Uğurlarınızla qürrələnməyin, təvazökar olun.
İnformasiya ilə işləmək, müzakirələr, təcrübə mübadiləsi üçün yaxşı
zamandır.
Günün ikinci yarısında hadisələrin axarı sizi təmin edirsə,
proseslərə süni təkan verməyə can atmayın. Yaxın gələcəklə bağlı
planları quranda praqmat olun. Həmkarlarınız və ya
tərəfdaşlarınızla ümumi maraqlarınızı bir daha təhlil edin.
Bir qədər sonra əməkdaşlığın yeni variasiyası formalaşmağa
başlayacaq.
Qız - Günün ilk yarısında yaxın ətrafınızdakı insanlarla aktiv
ünsiyyətdə olun. Yeni simalar sizi stereotipləri dağıtmağa vadar
edə bilər.
Çoxdan bəri əlaqə saxlamadığınız insanlarla təmaslara yenidən nəzər
salın.
Günün ikinci yarısında uzun-uzadı söhbətlər və müzakirələr effektiv
olmayacaq. Nisgilə qapılmayın. Dəyər verdiyiniz insanla sərinləşmiş
münasibətləri inkişaf etdirmək istəyirsinizsə, aktiv olun. Ötənləri
geri qaytarmaq olmaz, amma kiçik səhvləri və yanlışlıqları
bağışlamaq mümkündür.
Axşam saatlarında normal istirahət etməyə çalışın.
Tərəzi - Günün ilk yarısında hadisələrin axarı qəfil məcraya yönələ
bilər. Səbrli davranın, atacağınız addımları əvvəlcədən
planlaşdırın. Ağır durumlarda neqativ hisslər sizi
bədbinləşdirməsin. Yaşananlar sınaqdır.
Günün ikinci yarısında dəyər verdiyiniz insanla münasibətlərdə
sərinlik yarana bilər. Tərəfdaş və ya şəriklə birgə fəaliyyətdə iş
bölgüsü prinsiplərini pozmayın. Emosional davranaraq sonradan ağır
fəsadlara səbəb ola biləcək qərarlar verməyin.
Axşam saatlarında evdən kənarda əylənə, istirahət edə
bilərsiniz.
Əqrəb - Yaranmış problemləri vaxtında həll etsəniz, olayların
axarında ciddi dəyişikliklər olmayacaq. Səbrli davranın,
kəmhövsələlik etməyin. Sürprizlər və yeniliklər olacaq.
Öhdəliklərlə vədlərinizə laqeyd qalmayın. Unutqan insan təsiri
bağışlamayın.
Günün ikinci yarısında risklər istisna deyil. Yaşamınızda
mərhələləri qarışdırmayın. Başladığınız işi yarımçıq qoymayın.
Sözlərinizə fikir verin.
Axşam saatları hobbi və ya sevdiyiniz məşğuliyyət üçün
əlverişlidir.
Oxatan - Əvvəlcədən tərtib olunmuş fəaliyyət proqramı pozulacaq.
Maliyyə imkanlarınızı stress-testə məruz qoymayın. Qənaətli olun,
hər manatın hesabını bilin. Çox istədiyiniz, əldə etmək istədiyiniz
nəsnənin alınmasını ertələyin.
Çətin olsa da, bunu edin.
Günün ikinci yarısında təkliflərə kor-koranə razılıq verməyin.
Manipulyasiyaya can atan insanın məramlarından xəbərdar olun.
Dostlar və ya tərəfdaşlarla yeni işə başlamaq olar.
Axşam saatlarına yaxın məqsədə çatmaq üçün radikal tədbirlərə əl
atmaq da olar. Ehtiyatlarınızdan, potensialınızdan bəhrələnin.
Oğlaq - Hisslərinizi nəzarətdə saxlayın. Fikir mübadiləsini
qarşıdurmaya və davaya çevirməyin. Məqsədə çatmaq üçün operativ
hərəkət edin. Problemli situasiyada sərt tədbirlərə əl atmayın.
Adekvat yolu seçin.
Günün ikinci yarısında eyham və ya işarə alandan sonra hərəkətə
keçin. Xahiş və təvəqqeləri qulaqardına vurmayın. Texniki
manipulyasiyalar zamanı mövqeləriniz səbatlı, hərəkətləriniz dəqiq
olmalıdır. Yeni texnika, yaxud da avadanlıqla ehtiyatla
çalışın.
Təlimatlara, göstərişlərə əməl edin.
Dolça - Günün ilk yarısında bütün işləri əvvəlcədən planlaşdırmağa
çalışmayın. İntuitiv hərəkət etsəniz, ciddi reqlamentdən çıxaraq
daha böyük və əhəmiyyətli uğurlara nail ola bilərsiniz. Fəaliyyət
azadlığı mütləqdir. Zəruri saydığınız kimi hərəkət edin.
Günün ikinci yarısında şəxsi həyatınızda proseslər həddən artıq
intensiv olacaq. Özünüzü pərişan və tənha hiss etməyin. Psixoloji
diskomforta qapılmayın.
Axşam saatlarında diqqətli olun.
Balıqlar - Günün ilk yarısında yaşanan hadisələri diqqətlə izləyin.
Qarşı tərəfin dediklərinin fərqinə varın. Bir qədər passiv
davranın. Yalnız fövqəladə hallarda, o da ki qısa müddətdə
hiperaktiv ola bilərsiniz. Yeni əlaqələr yaradın, köhnə təmasları
bərpa edin.
Günün ikinci yarısında ötənlərlə bağlı faydalı məlumat əldə
olunacaq. Özəl istəyə malik şəxs sizə yardım üçün müraciət edəcək.
Yardıma sizin ehtiyacınız varsa, bununla bağlı etibarlı insana üz
tutmaq olar.
Axşam saatlarında normal istirahət edin.