Qışda dondurma yemək faydalıdır - ALİMLƏR
Alimlər "qışda
dondurma yemək olmaz, soyuq olar" kimi fikirləri alt-üst edəcək bir
açıqlama veriblər.
Marneulifm medicina.az-a istinadən bildirir ki, dondurma haqda bir
sıra doğru bilinən yalnışlar var.
Dondurmanın tərkibindəki süddə kalsium sümük möhkəmliyində və
dişlərin qorunmasında əhəmiyyətli rol oynayır. Ancaq qış aylarında
yeyilən dondurmanın insanı xəstələndirə biləcəyi fikirləri həqiqətə
uyğun deyil. Mütəxəsisslər hətta bilinənlərin əksinə olaraq
orqanzimin 4 mövsümdə də dondurmaya ehtiyacı olduğunu
bildiriblər.
Dondurma immuniteti gücləndirdiyi üçün qrip mikrobları ilə
mübarizədə böyük rol oynayır.
Onun diş çürüməsinə səbəb olduğunu fikirləri də mövcuddur. Həkimlər
bu fikir ilə də razı deyillər. Dişlərin çürümə səbəbi dondurmanın
tərkibində olan şəkər və konservantlardır.
İnfeksion xəstəlik keçirən zaman orqanizm çoxlu maye itirir ki, bu
da bədənin daha da zəifləməsinə səbəb olur. Dondurma isə orqanzimin
suya olan təlabatını ödəyir.
Qış aylarında hətta hamilə qadınlar da dondurma
yeməlidirlər.
Dondurma alarkən onu tərkibinə diqqət edilməlidir. Çalışın ki, süni
dadvericilər və rəngləndiricilərdən deyil, məsələn şokolad kimi
təbii maddələrdən hazırlanmış olsun. Yaxşı olardı ki, sadə qaymaqlı
olanı üstün biləsiniz. Həmçinin müxtəlif meyvələr əlavə edərək
təbii ərzaqlarla da dondurma hazırlamaq mümkündür.
Doğru bilinən yanlışlardan biri də dondurmanın piylənməyə səbəb
olması fikridir. Amma əksinə olaraq metabolizmi sürətləndirdiyi
üçün vücudun formada qalmasını təmin edir.
Dondurma yeyildikdə insanda həmçinin
"xoşbəxtlik" hormonu da sintez
olunur.
Mənbə-Medicina.az