Bəzi insanlar hətta isti otaqda olduqda daim üşüyür. Belə
insanlardan tez-tez "soyuğa davamım yoxdur" kimi ifadəni eşitmək
olur.
Səbəbsiz üşümə hər hansı xəstəliyin və ya pozulmanın simptomu ola
bilər. Bu səbəbdən belə simptoma laqeyd yanaşmayın, səbəbini
araşdırın.
Soyuğa davamsızlıq bu kimi xəstəliklərin və pozulmaların simptomu
ola bilər:
1. Qanazlığı. Bu əsas səbəblərdən biridir.
2. Artıq çəki. Kök insanlar normal çəkisi olan insanlarla
müqayisədə daha çox üşüyür. Orqanizmdə yığılmış piy damarların
sıxılmasına səbəb olur ki, bu da qan dövranını pozur. Nəticədə
insan tez-tez üşüyür.
3. Qalxanvari vəzi xəstəlikləri. Bu kiçik vəz orqanizmdə çox vacib
funksiyaları icra edir. Bu funksiyalardan biri istiliyin
mübadiləsidir. Qalxanvari vəzinin fəaliyyətinin zəiflənməsi soyuğa
davamsızlığa səbəb olur.
4. Arıqlamaq üçün tutulan pəhrizlər, natamam qidalanma. Bu
vəziyyətdə insan qida ilə az kalori alır, bu kalorilər orqanizmi
qızdırmaq üçün kifayət etmir və nəticədə insan tez-tez üşüyür.
5. Qan dövranı pozulmaları.
6. Hipotoniya (aşağı təzyiq).
7. Şəkərli diabet. Bu xəstəlik ürək-damar sistemini zədələdir ki,
nəticədə qan orqanizmdə pis dövr edir, ətraflara çatmır. Nəticədə
insan tez-tez üşüyür, xüsusilə ayaqlar soyuq olur, onlarda
həssaslıq azalır.
8. Soyuğa qarşı allergiya. Bu nadir pozulma zamanı insanda soyuq
havada dəri quruyur, qızarır, qaşınır, dodaqlar çatlayır. Belə
insanlar soyuq havada hətta isti geyindikdə daim üşüyür.
Saglamolun.Az