Baş ağrısını nanə ilə keçirməyin ən effektiv üsulu
Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür.

Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərindən biri, reseptləri günümüzdə də aktuallığını qoruyan İbn Sinanın məsləhət gördüyü üsulu təqdim edirik.

Bu təbii yol bir neçə dəqiqə ərzində baş ağrılarını aradan qaldırmağa kömək edir. Təbii üsulla məlhəm üçün sadəcə qurudulmuş nanə, çay ağacı yağı və evkalipt yarpaqları lazımdır.

Beş stəkan içməli suya 8-10 damcı çay ağacı yağı, evkalipt yarpaqları və bir çimdik qurudulmuş nanə əlavə edilərək qaynamağa qoyulur. Bundan sonra onun buxarı ilə dərindən nəfəs alınır.

Buxarı qəbul etdikcə əsəblər sakitləşir, beləliklə baş ağrısı dayanır.

Bu üsul Alzheimer xəstəliyi riskini də azaldır.

Mənbə: Saglamolun.Az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google