Vərəsəlik
əsası – dünyasını dəyişmiş şəxsin əmlakı iki əsasla
vərəsəliyə keçir: 1) Qanuni vərəsəliklə; 2) Vəsiyyətnamə
ilə.
Eləcə də hər iki əsasla bərabər
şəkildə keçə bilər, Məs: vəsiyyətnamə ilə əmlakın yalnız bir
hissəsi nəzərdə tutulub, digər hissəsi qanuni vərəsəliklə keçir.
Qanuni vərəsəliklə əmlak yalnız o zaman ötürülür ki: a)
vəsiyyətnamə olmur; b) vəsiyyətnamə əmlakın yalnız bir hissəsini
əhatə edir; q) vəsiyyətnamənin ümumilikdə, yaxud bir hissəsi
etibarsız hesab olunub.
Qanuni vərəsəlik və varislərin ardıcıllığı
Yuxarıda qeyd olunduğu kimi dünyasını dəyişmiş şəxsin – miras
sahibinin əmlakı (miras) başqa şəxslərin mirasına keçir. Mirasın
varislərə keçməsinin iki əsası var: a) qanuni əsas; b)
vəsiyyətnamə. Siz əmlakınızı, yaxud onun bir hissəsini vəsiyyətnamə
ilə bir və ya daha çox şəxsə verə bilərsiniz. Həmin şəxs
varislərdən də ola bilər, kənar şəxs də. Vəsiyyətnaməni tərtib
etmək üçün varisin razılığı lazım deyil. Vəsiyyətnamənin tərtib
olunmasından sonra da onu dəyişə və ya istəyinizə uyğun olaraq ləğv
edə bilərsiniz. Qanuni varislər miras sahibinin dünyasını dəyişdiyi
zaman sağ olan şəxslər, eləcə də miras sahibinin ölümündən sonra
dünyaya gələn övladları ola bilər. Belə şəxslərin dairəsi və
ardıcıllığı qanunvericiliklə daimi müəyyən olunub.
Qanuni varislərin ardıcıllığı nə deməkdir?
Qanunla varislərin ardıcıllığı 5 sıradır. Əvvəlki sıranın bir
varisinin olması belə sonrakı varisin miras sahibi olmasını istisna
edir:
Məs: Əgər miras sahibinin ölüm məqamında birinci sıra varis
sağdırsa və o, mirası qəbul edirsə, o zaman ikinci sıranın
varisləri mirası ala bilməyəcəklər. Yaxud əgər birinci və ikinci
sıra varislər yoxdursa və üçüncü sıradan bir varis varsa, o zaman
dördüncü sıra varis mirası ala bilməyəcək.
I sıra varislər: Övladlar (həmçinin, dünyasını dəyişdikdən sonra
doğulan övladlar), həyat yoldaşı, valideynlər.
II sıra varislər: bacı-qardaş.
III sıra varislər: nənə-baba.
IV sıra varislər: əmilər, xalalar və bibilər.
V sıra varislər: əmiuşaqları, xalauşaqları və bibiuşaqları.
Bir sıraya daxil olan varislər mirası almaqla bağlı bərabər
hüquqlara malikdir.
Məs: Əgər şəxs dünyasını dəyişibsə və varisləri iki övladı, həyat
yoldaşı və anasıdırsa, o zaman miras 4 hissəyə bölünür və
varislərin hamısına eyni qədər pay düşür.
Əgər heç bir sıranın varisi yoxdursa, miras dövlət mülkünə
keçir.
Mirası almaq – qanun, yaxud vəsiyyətnamə ilə miras
payı və ya mirasın bir hissəsi olan şəxsin mirasın açılmasından 6
ay müddətində onu almaq səlahiyyəti var.
Vacib pay
Miras sahibinin, yəni dünyasını dəyişən adamın övladları,
valideynləri və həyat yoldaşı vəsiyyətnamənin məzmununa baxmayaraq,
vəsiyyətnaməni yazan şəxsin onları nəzərə alıb-almamasına
baxmayaraq vacib paya malikdirlər. Vacib pay qanunla varislik
zamanı hər bir varisin alacağı payın yarısını təşkil edir. Vacib
payın müəyyən edilməsi zamanı əvvəlcə müəyyənləşdirməliyik ki,
vacib payı alacaq neçə varis var. Sonra bütün mirasın dəyərini
müəyyən etməliyik. Bundan sonra alınan əmlakın dəyərini vacib payı
almaq hüququ olan (övlad, həyat yoldaşı, valideyn) şəxslərə
bölməliyik. Alınan əmlak dəyərinin yarısı vacib paydır.
Layihə Demokratiya
Komissiyası Kiçik Qrantlar Proqramı çərçivəsində ABŞ səfirliyi
tərəfindən maliyyələşdirilir. Verilişdə səsləndirilən fikirlər
müəllifə aiddir və ABŞ Dövlət Departamentinin mövqeyini əks
etdirməyə bilər.