Yerli özünüidarə seçkilərinin ilkin nəticələrinə görə, Marneuli
Bələdiyyə Məclisinə yalnız iki partiya daxil olacaq.
Bələdiyyə Məclisi seçkiləri qarışıq, proporsional və majoritar
qayda ilə keçirildi. MSK-nın ilkin nəticələrinə görə, 11 majoritar
dairədə “Gürcü Azrusu”-nun namizədləri qalib gəlib.
22 mandat proporsional sistemlə bölündü. Bələdiyyə Məclisinə yalnız
seçicilərin səsinin 3 faizini toplamış partiyaların nümayəndələri
daxil olacaq. Marneulidə belə yalnız iki partiya var - “Gürcü
Arzusu” və “Vahid Milli Hərəkat”.
Gürcüstan Seçki Məcəlləsinə görə, Bələdiyyə Məclisinə hansı
partiyanın neçə mandatla daxil olacağını müəyyən etmək üçün,
partiya siyahısı ilə toplanmış səslərin sayı proporsional qayda ilə
bölünmüş mandatların sayına vurulur, 3 faiz baryeri aşmış
partiyaların topladığı səslərin sayının cəminə bölünür.
“Vahid Milli Hərəkat” proporsional qayda ilə Marneulidə 12 357 səs
(26,5%) toplayıb. Müvafiq olaraq, onlarda Bələdiyyə Məclisinə 6 üzv
daxil olacaq. “Gürcü Arzusu” partiyası proporsional siyahı ilə 30
196 səs toplayıb (64,75%), müvafiq olaraq, partiyadan Marneuli
Bələdiyyə Məclisinə əlavə 16 üzv daxil olacaq. Qeyd edək ki, bu
göstəricilər yekun deyil və dəyişə bilər. Çünki 2021-ci il yerli
özünüidarə seçkilərinin yekun nəticələri məlum deyil.
Marneuli Bələdiyyə Məclisi ümumilikdə 33 üzvdən ibarət olur.
Seçkilərin ilkin nəticələri ilə “Gürcü Arzusundan” Bələdiyyə
Məclisinə proporsional və eləcə də majoritar siyahı ilə 27 üzv,
“Vahid Milli Hərəkatdan” isə 6 üzv daxil olacaq.