Belqorodda ticarət mərkəzi bombalanıb - itkilər var

Belqorodda ticarət mərkəzi bombalanıb - itkilər var.

Meduza, fövqəladə xidmətə istinadən yazır ki, ilkin məlumata görə, 4 nəfər ölüb, yaralananların sayı 7-dən çoxdur.

Ukrayna rəsmiləri ittihamlara münasibət bildirməsə də, Rusiya tərəfi insidentdə Ukraynanı günahlandırır. Rusiya Müdafiə Nazirliyinin gün ərzində yazdığı kimi, Ukrayna silahlı qüvvələrinin atdığı 14 raket Belqorod rayonunda məhv edilib, lakin yaralananlar və ölənlər barədə məlumat verilmir.

Eyni zamanda, Rusiya hökumət mediası yaralananlar barədə müxtəlif məlumatlar yayır - TASS azı 18 nəfərin yaralandığını, 5 nəfərin öldüyünü yazır. Bundan əlavə, KİV Belqorod vilayətinin qubernatoruna əsaslanaraq bildirir ki, Regional hava xəbərdarlığı yerli vaxtla saat 12:21-də işə salınıb.

Mənbə: Publika

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google