Poniçalada din xadimini bıçaqlayıblar
Poniçalada din xadimini bıçaqlayıblar. Gənc din xadimini ağır yaralayıblar və üzünə bıçaq zərbələri endiriblər. Vidadi Qurbanov “Birinci Kanala” verdiyi ilk müsahibəsində qohumunun onu öldürməyə cəhd etdiyini iddia edir.

Onun bildirdiyinə görə, xalası oğlu əvvəlcə onu aldadaraq tərk edilmiş əraziyə aparıb, orada silahlı dəstə ilə qarşılaşıb və qanlı qarşıdurma başlayıb.

Vidadi Qurbanov deyir ki, hücumun təşkilatçısının kimliyi polisə məlumdur, lakin həbs olunan yoxdur. Cinayətdə iştirak etdiyi iddia edilən şəxslər də azadlıqdadırlar. Zərərçəkən iddia edir ki, hücum edənləri qoruyurlar.

Qurbanov hal-hazırda “İnqoroğva” klinikasında qalır. Ona təcili cərrahi müdaxilə lazım gəlib.

Zərərçəkən “TV Pirveli”-yə qanlı hadisənin motivi olaraq qisası göstərir. Onun sözlərinə görə, xalası oğlu 2020-ci ildə baş vermiş münaqişəni təkrarlayıb.

“İşim var dedi, hadisə yerinə xalam oğlunun maşını ilə getdik, orada başqa insanlarla da qarşılaşdım... Mənə dedi ki, ona pis söz demişəm, onun və ailəsinin haqqında pis danışmışam. Mənə 2020-ci ilin hekayəsini danışdı amma mən belə bir şey xatırlamıram. Hücum planlaşdırılmışdı, çünki məni kamera olmayan yerə gətirdilər”, - 41 yaşlı din xadimi “TV Pirveli”-yə bildirib.

Bütün Gürcüstan Müsəlmanları İcmasının din müəllimi iddia edir ki, təşkil olunan hücumun qurbanı olub, cinayətkarlar hələ də sərbəst gəzirlər.

Gomelauri agentliyi Poniçalada baş vermiş insidentlə bağlı zorakılıq ittihamı ilə araşdırmaya başlayıb. “Tv Priveli” -nin məlumatına görə, iş üzrə heç kim dindirilməyib.


Mənbə: Birinci Kanal

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google