Mayın 11-də “Rus qanununa” qarşı böyük nümayiş keçirək - Tsutskiridze

Mayın 11-də Tbilisidə “Rus qanununa" qarşı nümayiş elan edilib. Bu barədə mitinqin təşkilatçılarından biri məlumat verib.

“Bu tarixi xatırlamağınızı istəyirəm - mayın 11-də biz birlikdə çox böyük nümayiş təşkil edəcəyik. Böyük, dinc, güclü və inamlı nümayiş. Təqvimlərinizdə qeyd edin. Ola bilsin ki, buraya gəlməyən kimisə tanıyırsınız və hamımız bunu mayın 11-dək tapşırıq olaraq qəbul edək, bu
zamana qədər buraya gəlməmiş insanları bizimlə birlikdə gətirək”,
- o, dedi.

Artıq “Rus qanununa” qarşı etiraz aksiyaları ikinci həftədir ki, genişmiqyaslı şəkildə davam edir. Aksiyaları dağıtmaq məqsədilə, Xüsusi Təyinatlılar gözyaşardıcı qaz, habelə bibər qazı və su şırnaqlarından istifadə edirlər. 1 may tarixində keçirilən mitinq zamanı 15 nəfər xəstəxanaya yerləşdirilib. Etiraz aksiyaları ölkənin böyük şəhərlərində də keçirilir. Tbilisidə Parlamentin yaxınlığında başlayan və daha sonra yürüşlə Qəhrəmanlar Meydanına doğru hərəkət edən dünən keçirilən aksiyaya rayonlardan olan vətəndaşlar da qoşulub.
Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.


 

Print ელ. ფოსტა
FaceBook Twitter Google