Lazare Qriqoriadis güman ki, həbsxanadan bu gün, 24 aprel tarixində çıxacaq

Lazare Qriqoriadis bu gün, 24 aprel tarixində güman ki, həbsxanadan çıxacaq.

Bu haqda məlumatı Netgazetə Lazarenin vəkili Tatia Manizaşvili təsdiqləyir.

“Biz artıq hökmü Prezident Administrasiyasına təqdim etmişik. Administrasiya Lazarenin dərhal azad edilməsi üçün sənədi hazırlayıb penitensiar müəssisəyə göndərəcək. 18:00-a qədər Lazarenin azad olunmasını gözləyirik”, - Lazare Qriqoriadisin vəkili deyir.

Vəkilin sözlərinə görə, Prezident Administrasiyasından sənədlərin cəzaçəkmə müəssisəsinə göndərilməsi cəmi bir neçə dəqiqə çəkir.

7-8 mart aksiyalarının iştirakçısı Lazare Qriqoriadis aprelin 12-də 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökm elan edildikdən dərhal sonra onun vəkilləri və ailəsi Prezidentin Administrasiyasına gedərək Salome Zurabişviliyə əfv üçün müraciət ediblər. Həmin gün prezident Lazare Qriqoriadisi əfv edəcəyini bəyan edib.

Lazare Qriqoriadisin gözlənilən buraxılış tarixi prossesual səbəblərə görə, bir neçə dəfə təxirə salınıb.

Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.


 

Print ელ. ფოსტა
FaceBook Twitter Google