Sülh sazişinin imzalanması üçün işlər aparılır. Bir neçə gün bundan
öncə tərəfimizdən Ermənistana son layihə təqdim edilib.
Bu sözləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Tbilisidə
gürcüstanlı həmkarı İlya Darçiaşvili ilə keçirdiyi brifinqdə
deyib.
O bildirib ki, Ermənistan konstitusiyasında hələ də Azərbaycana
ərazi iddiası ilə bağlı bənd var:
"Bu da sülh üçün ən
böyük əngəllərdən biridir. Bu istiqamətdə Ermənistandan adekvat
addımlar atmağı gözləyirik".
Nazir qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülh
sazişinin imzalanması istiqamətində işlər davam etdirilir:
"Müsbət istiqamətdə irəliləyişlər əldə edilib.
Delimitasiya komissiyaları arasında işlər davam etdirilir və yaxın
gələcəkdə müsbət xəbərlərin şahidi olacağıq".
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415