Marneuli bələdiyyəsinin Təkəli kəndində dəmir-beton hovuzun
bərpasına 39 883 lari 28 tetri xərclənəcək.
Yerli özünüidarə işlər üçün sadələşdirilmiş alqı-satqı həyata
keçirib və “Pila 2010” MMC ilə kəndə dəstək proqramı çərçivəsində
müqavilə bağlayıb. Layihəyə əsasən, Təkəlidəki hovuzun bərpasına 20
771,27 lari xərclənəcək. Hovuzun hasarlanması üçün 12 043,67 lari
ayrılıb.
Ayrılmış vəsaitin 50,14%-i dövlət büdcəsi, 49,86%-i isə
yerli
özünüidarə maliyyələşdirir.
Qeyd edək ki, Təkəlidə layihəni həyata keçirən şirkət ilə Marneuli
meriyası birbaşa qaydada dəfələrlə müqavilə bağlayıb. “Pila 2010”
MMC-nin 40 dövlət alqı-satqısı qeydə alınır. Tenderlərin
əksəriyyətini, 52,5%-ni qazanmayıb, 25% baş tutmayıb, 20% qazanıb,
2,5% isə həyata keçirilir. Sadələşdirilmiş müqavilələrdə “Pila
2010” MMC-nin 42 tenderi qeydə alınır. Onların müqavilələrinin
ümumi dəyəri 1 033 579 lari 22 tetridir.
Həmin şirkətin 100%-lik səhmlərinin sahibi Şio Kapanadzedir.
Şirkətin ünvanı Bolnisidə qeydə alınır və tenderlərdə əsasən Kvemo
Kartli miqyasında iştirak edib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415