Marneulidə, Nərimanov küçəsində baş vermiş, iki qadının ölümünə
səbəb olan faciədən 2 il ötür.
Dünyasını dəyişən qadınlardan biri hamilə idi. Nərimanov 1
ünvanında yerləşən binada, beçinci mərtəbənin eyvanı 2022-ci ilin
26 iyun tarixində uçub.
Artıq iki ildir ki, Nərimanov 1 ünvanında yerləşən bina sakinləri
qorxu içində yaşamalı olurlar – yaşayış binalarının uçacağını
gözləyirlər, amma hamı alternativ
sahə tapa bilmir.
Eyvanlar uçduqdan sonra Marneuli meriyası yaşayış binasını
araşdırıb. Ekspertlərin nəticəsinə əsasən, Nərimanov 1 ünvanında
yerləşən bina qəzalı vəziyyətdədir və orada yaşamaq təhlükəlidir.
Buna baxmayaraq, binada hələ də bərpa işləri aparılmayıb.
Eyvanların uçması nəticəsində Raya Əliyeva dünyasını dəyişib. O,
Nərimanov 1 ünvanında yerlşən binada, beşinci mərtəbədə yaşayaırdı.
Rayanın övladı Akif Bayramov “Marneuli” radiosu ilə söhbəti zamanı
bildirir ki, iki il ərzində yerli özünüidarədən vədlər alır, amma
hələ də binada bərpa işləri aparılmayıb.
Akif bildirir ki, onun yaşadığı bina uçur və buna görə də
qonşuların bir qismi Nərimanov 1 ünvanında yerləşən binanı tərk
ediblər.
“Marneuli” radiosu iki aydan artıqdır ki, Marneuli meriyasının
Nərimanov 1 ünvanında yerləşən binada hansı işlər həyata keçirməyi
planlaşdırdığını öyrənməyə çalışır. 12 aprel tarixində, meriyaya
rəsmi məktubla müraciət etdik. Çünki bizə dedilər ki, məsələ
genişdir və şifahi şərh verə bilməzlər. 12 aprel tarixindən rəsmi
məktuba cavab gözləyirik, amma meriya hələ də susur. Meriyadan bu
gün, 27 iyun tarixində bildiriblər ki, məktubun cavabı hələ də
hazır deyil.
Marneuli meriyası 2022-ci il, 26 iyun tarixində, eyvanların
uçmasından sonra bina sakinlərini mehmanxanaya köçürdü. Nərimanov1
ünvanında yaşayan 28 nəfər bir neçə həftə mehmanxanada qalıb,
meriya “Qafqaz” mehmanxanasına 110 200 lari ödəyib. Eyvanı uçmuş
binanın vəziyyətini Levan Samxarauli adına Məhkəmənin Milli
Ekspertiza Bürosu araşdırıb. Onların nəticəsinə görə, binanın
möhkəmləndirməyə ehtiyacı var. Onun eyvanlarından istifadə etmək
təhlükəlidir. Buna baxmayaraq Nərimanov 1 ünvanında yerləşən bina
sakinləri yenidən yaşamaq üçün oraya qayıdıblar. Özünüidarə 2022-ci
ilin 18 noyabr tarixində binanın bərpası üçün 2 121 737 lari
dəyərində tender elan edib. Ancaq tenderdə heç bir şirkət iştirak
etməyib. Buna görə də tender baş tutmayıb. 2023-cü ilin büdcəsində
Marneuli meriyası eyvanları uçmuş binanın bərpasına 1 715 500 lari
ayırıb, amma bina ötən il də təmir olunmayıb. 2024-cü ildə
Nərimanov 1 ünvanındakı bina üçün büdcədə ayrı maddə
ayrılmayıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415