Bolnisi rayonunun Faxralı (Talaveri) kəndinin sakinləri yerli mobil
operatorların birindən narazıdır.
Bu barədə kənd sakinləri məlumat veriblər.
Bildirilib ki, yerli mobil rabitə operatorlarından birinin 5G
dalğalarını ötürmək üçün istifadə etdiyi baza stansiyasını kəndin
içində, yaşayış məntəqələrinə yaxın ərazidə yerləşdirməsi
sakinlərin narazılığına səbəb olub.
Sakinlər qeyd edib ki, şirkət nümayəndələri qanunla yaşayış
məntəqəsindən 20 km məsafədə
quraşdırılmalı olan antenaları evlərin
yaxınlığında basdırmaq istəyiblər və buna görə də yerli əhali ilə
onların arasında mübahisə yaranıb.
Onlar iddia ediblər ki, radiasiya təhlükəsi səbəbindən antenaların
qurulmasına icazə vermək istəmirlər.
Bu səbəbdən baza stansiyasının qurulması üçün hazırlıq görülən
ərazidə sakinlər etiraz aksiyasına çıxıblar.
Məsələ ilə bağlı rayon rəhbərliyi və kənd nümayəndəliyindən
bildiriblər ki, onların belə bir təşəbbüsdən xəbərləri yoxdur. Qeyd
olunub ki, məsələ dövlətin nəzarətində deyil, özəl şirkət kəndin
kənarında yer icarəyə götürüb və ondan istifadə edir.
Kənd sakinləri həmçinin vurğulayıblar ki, yaranan münaqişə zamanı
əraziyə cəlb olunmuş polislər isə asayişi təmin etmək əvəzinə,
yerli əhalini qorxutmaq, iğtişaşlar yaratmamaq barədə xəbərdarlıq
etməklə məşğul olurlar.
Qeyd olunub ki, artıq üç dəfə sözügedən şirkətin nümayəndələri
ərazidə tikinti eləmək istəsələr də, kənd əhalisinin israrlı
etirazından sonra işlərini yarımçıq qoyub gediblər. Məsələ isə
hələlik açıq qalır.
Mənbə:oxu.az