Prezident “Gürcü arzusunun” keçirdiyi mitinqi “Putinsayağı aksiya” adlandırıb
PGürcüstan prezidenti Salome Zurabişvili dövlət qulluqçularının regionlardan avtobuslarla gətirildiyi “Gürcü arzusu” nun keçirdiyi mitinqi“Putinsayağı aksiya” adlandırıb.

Prezident Twitter-də Tbilisiyə gələn magistralda tıxacın fotosunu paylaşaraq yazıb:

“Dünən Gürcüstanın “rusiya qanunu”na və Avropa gələcəyinə qarşı kütləvi kortəbii etirazların 15-ci günü idi. Bu gün “Putinsayağı” mitinqdir: dövlət qulluqçuları hakim partiyanın qərarlarını alqışlamaq üçün avtobuslarla Tbilisiyə gətirilib. Əsl Gürcüstan azad Gürcüstandır! Avropa
Gürcüstanı!”
– Zurabişvili yazır.


Aprelin 29-da “Gürcü arzusu” komitənin dinləmələrində media və vətəndaş cəmiyyətini məhdudlaşdıran rus qanun layihəsini ikinci oxunuşda qəbul edib. DünənTbilisidə, Rustaveli prospektində “Gürcü arzusu”nun toplantısı keçirilib, buraya vətəndaşlar, əsasən büdcə sektorunda çalışanlar mütəşəkkil şəkildə rayonlardan gətirilib.

Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google