Müəllimlərin maaşı artıb - müəllimlər hansı sxemlə maaş alacaqlar
Bu gündən müəllimlərin maaşları artırılır. Təhsil, elm və gənclər nazirinin verdiyi sərəncama əsasən, müəllimlərin əməkhaqqının həddi təhsil və ixtisas səviyyəsindən və iş stajına uyğun olaraq müəyyən edilir.

“Business Press News” müəllimin maaşının hansı meyarlara əsasən müəyyən ediləcəyini təqdim edir. O cümlədən, təhsilinə və ixtisasına uyğun olaraq müəllimin əmək haqqı aşağıdakı kimi müəyyən edilir:
  • • Bakalavr və
    ya ona bərabər tutulan akademik dərəcə - 20 lari;
  • • Magistratura və həmçinin 2000-ci ilədək 4 illik ali pedaqoji təhsil və ya ona bərabər tutulan elmi dərəcə, - 40 lari;
  • • Doktorluq və ya ona bərabər tutulan elmi dərəcə - 100 lari.
İş stajına uyğun olaraq müəllimlərin maaşları aşağıdakı kimi müəyyən edilir: 0 ildən 5 ilədək - 15 lari, 5 ildən 10 ilədək - 30 lari və 10 ildən yuxarı - 45 lari.

Onu da qeyd edək ki, fərmana əsasən, verilən maaş 15 dərs saatı və daha çox dərs yükü olduqda tam, həftədə 15 saatdan az dərs yükü olduqda isə saatlıq dərs yükü ilə mütənasib olaraq verilir.

Bundan əlavə, sənədə əsasən, müəllimin əmək haqqı dərs saatlarından asılı olaraq həftəlik 96 lari ilə 2325 lari arasında dəyişir. Məsələn, 1 saat - 96 lari, 2 saat - 192 lari və s. deməkdir. Bu hesablamaya görə həftədə 25 dərs saatı 2350 lariyə bərabərdir.

Müəllimin əmək haqqının müəyyən olunduğu meyarlardan biri işin xüsusiyyətlərindən asılıdır. Daha dəqiq desək:
  • • Sinif komplekt ilə tədris - 40,50 lari;
  • • Qeyri-gürcü dilli məktəblərdə/sektorlarda gürcü dili, Gürcüstan tarixi və/və ya Gürcüstan coğrafiyasının tədrisi - 40,50 lari;
  • • Sinif rəhbərliyi – 101,25 lari.
Onu da qeyd edək ki, aparıcı və mentor müəllimlərin funksional əlavəsi aşağıdakı kimi müəyyən edilir: aparıcı müəllimin funksional əlavəsi - 150 lari; Mentor müəllimin funksional əlavəsi - 300 lari.

Dağlıq ərazidə yerləşən dövlət ümumtəhsil məktəbinin müəllimlərinə gəlincə, bu zaman dərs yükünün tam və ya çox olduğu halda əmək haqqına əlavə 150 lari, qismən dərs yükü olduqda isə əməkhaqqı saatlıq iş yükü ilə mütənasib olacaq.

Eyni zamanda, qeyd etmək lazımdır ki, maaş artımı yalnız baş, aparıcı və mentor statusuna malik olan müəllimləri nəzərdə tutur.

Maddə 7. İş yükü

1. Müəllimin vəzifə maaşı dərs yükünə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir:


Mənbə: BPN

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google