Tbilisidə daha bir fəala hücum edilib

Digər fəal Leri Darcania Tbilisidəki evində hücuma və fiziki təzyiqə məruz qalıb.



Yaralının dostunun Facebook-da yazdığına görə, Darcaniya səhər saat 8-də evinin yaxınlığında 7 nəfərin hücumuna məruz qalıb:

“Bu gün səhər saat 8-də dostum Leri Darcanianı “Gürcü arzusunun” “tituşkaları” təxminən 7 nəfər qarşılayıb və ona fiziki təzyiq göstəriblər. “Gürcü arzusu” tərəfdən siyasi hesablaşma bitmir... Bildilər ki, Leri güləşçidir, “Gürcü arzusunun” tulaları yaxşı biliblər
ki, 1-2 nəfərlə Lerinin öhdəsindən gələ bilməzlər.. amma oktyabrın 26-da buna sərt cavab veriləcək",
- deyə fəal Datuna Danelia yazıb.

Onun sözlərinə görə, Darcania hücumdan sonra klinikaya aparılmalı olub.

Gürcüstan Daxili İşlər Nazirliyindən “Netgazet”ə verilən məlumata görə, hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin zorakılıqdan bəhs edən 126-cı maddəsi ilə istintaq başlayıb.

Agentlik fəala hücuma görə kiminsə həbs edilib-edilməməsi ilə bağlı suala cavab olaraq bildirir ki, hazırda istintaq tədbirləri davam etdirilir.

 

Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google