“İşıq” mükafatının üçüncü raund finalçılarının siyahısı məlumdur.
Finalçılar arasında “Marneuli” radiosunun jurnalisti Vladimer
Çxitunidzenin “Abxaziya müharibə qəhrəmanı doğma şəhərində
tanınacaqmı” materialı da yer alıb.
Finalçıların siyahısını sizə təqdim edirik:
- Aydan Yusubova, Mariam Kaçkaçişvili, Manan Qoğoberidze
– iFact.ge “Parlamentarinin səsinin dəyəri - müxalifətçi Xabuliani
səsini “Gürcü Arzusuna” nəyin qarşılığında dəyişib?
- Keti Tutberidze – “Monitor” studiyası “Beton
divarlardan kənar – psixiatriya müəssisəsində pozulan
hüquqlar”
- Temo Asanidze – “Cənub Qapısı” “Burada deyil, orada
ibadət edin – Adigenidə müsəlman icmasının hüquqları pozulur, yoxsa
yox?
- Irma Dimitradze – Netgazeti “Gürcüstan hakimiyyəti
Çindən nə istəyir”
- Tsaqo Kaxaberidze – Batumelebi “2 Parlamentari Batumidə
3 göydələn tikdirir”
- Tamo İnasaridze - Sknews.ge Dövlətə yaxın adamlar
Cavaxetidə torpaq sahələrini necə alıb istifadəyə
veriblər?
- Liza Tsitisşvili – TV Formula “Etiraz
fotoqrafları”
- Rusudan Qvaramadze – Regional teleşirkət “9-cu kanal”
“Torpaq monopoliyası – Samtsxe-Cavaxetinin həll edilməyə
problemi”
- Vladimer Çxitunidze – “Marneuli” radiosu “Abxaziya
müharibə qəhrəmanı doğma şəhərində tanınacaqmı”
- Mariam Merlani – on.ge “Gənclərdə işsizlik, dövlət staj
proqramı və mart aksiyalarının konteksti”
Qalib gələn üçlük 19 iyun tarixində elan olunacaq.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.