Daxili İşlər Nazirliyi Qardabanidə həmkəndlisini öldürməkdə təqsirli bilinən bir nəfəri saxlayıb

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Qardabani bələdiyyəsinin Zemo Teleti kəndində həmkəndlisini qətlə yetirməkdə təqsirli bilinən 1 nəfər saxlanılıb.

Cinayət 10 ildən 15 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

“Kvemo Kartli Polis İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və əməliyyat-istintaq tədbirləri nəticəsində qəsdən adam öldürmə ittihamı ilə 1984-cü il təvəllüdlü D.A.-nı saxlayıblar.
Cinayət 10 ildən 15 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
İstintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs Qardabani bələdiyyəsinin Zemo Teleti kəndində mübahisə zəminində həmkəndlisi 1988-ci il təvəllüdlü D.K-nı soyuq silahla yaralayaraq hadisə yerindən gizlənib. Yaralı tibb müəssisəsində dünyasını dəyişib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları D.A.-nı şübhəli şəxs qismində saxlayıb. Qəsdən adam öldürmə faktı ilə bağlı Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq davam etdirilir”,
- deyə Daxili İşlər Nazirliyinin məlumatında bildirilir.
Mənbə: Tabula

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google