Budu Zivzivadze rus qanununun qəbuluna qarşı keçirilən nümayişləri dəstəkləyir
Futbol üzrə milli komandanın üzvü Budu Zivzivadze rus qanunlarına etirazla bağlı nümayişlərə münasibət bildirib. O, futbolu düşünüb Avropa çempionatına hazırlaşmaq əvəzinə ölkədə baş verən hadisələrlə bağlı ictimai mövqe sərgiləməli olduğundan narahatlığını bildirir, baxmayaraq ki, bir vətəndaş kimi məsuliyyət hiss edir.

“Çox üzücüdür ki, bir idmançı, konkret olaraq bir futbolçu kimi futbol haqqında düşünməli və Avropa çempionatına hazırlaşmalı
olduğum halda ikinci dəfə ölkədə baş verən hadisələrlə bağlı fikrimi bildirməliyəm. Böyük bir futbol forumunda ölkəmin adınının çəkilməsi üçün hazırlaşmalıyam, amma adi bir Gürcüstan vətəndaşı kimi mən bunu təkrar etməyə borcluyam.

Rusiyaya və Gürcüstanı Rusiyaya tərəf itələyən hər şeyə yox deyirəm. Gürcüstanın yolu Avropayadır. Mən Gürcüstanın gələcəyi üçün öz sağlamlıqlarını riskə atan gənclərin yanındayam. Dinc nümayişçilərə hücum etmək üçün heç bir əsas yoxdur.
İstəyirəm ki, Gürcüstan həmişə 26 mart gecəsi olduğu kimi birləşsin və xoşbəxt olsun. Mən Gürcüstanam!",
- futbolçu sosial şəbəkədə yazıb.

Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google