Marneuli məktəbləri zərərli maddələrdən asılılığa qarşı (FOTO)
Marneuli bələdiyyəsinin üç məktəbində psixoaktiv maddələrdən istifadənin qarşısının alınmasına yönəlmiş layihə həyata keçirilir. Layihə çərçivəsində məktəb müəllimlər hazırlıq keçiblər və bundan sonra şagirdlərlə bərabər müxtəlif tədbirlər planlaşdırıblar. “Qara və Baltik dənizi Alyansı – Gürcüstan”-ın sədri Tiko Tsomaia “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilmiş layihənin əsas məqsədi gənclərdə onları zərərli maddələrdən istifadə etməkdən
çəkindirəcək güc, bilik, bacarıqların formalaşdırılmasıdır.

“Gənclərin bunun nə olduğu, hansı problem olduğu, hansı ziyan vura bildiyi haqqında məlumatı olmalıdır və sonra bu biliyə əsaslanan, məlumatlı, öz yaxşılığınız, psixi sağlamlığınız, ümumi rifahınız üçün seçim etməlisiniz. Layihənin əsası budur və bu layihə çərçivəsində biz məktəblər ilə əlaqə saxladıq, çünki məktəblər biliyin yarandığı yerdir. İnsanlar, gənclər başdan bu təhsili ala və məlumatlı seçim edə bilərlər”, – Tiko Tsomaia bildirib.

Tsomaianın sözlərinə görə, layihəyə Kvemo Kartli və Şida Kartlidən 10 məktəb cəlb olunub. Layihədə Marneulidən üç məktəb, Roman Zoidze adına Şulaveri 1 saylı ictimai məktəbi, Marneuli 2 saylı və Marneuli 5 saylı ictimai məktəbləri iştirak ediblər. Məktəblər zərərli maddələrin istehlakının qarşısının alınması üçün kampaniyalar hazırlayıb, tədbirlər həyata keçirib, bundan sonra xüsusi münsiflər heyəti Şulaveri məktəbini qalib olaraq seçib.

Layihə çərçivəsində bu gün, 28 iyun tarixində Marneuli 2 saylı ictimai məktəbində şagird və müəllimlərlə yekun görüş keçirilib.

Görüşdə psixoloqlar zərərli maddələrin qarşısının alınmasından danışıb, rəsm sərgisi keçirilib və həyata keçirilən tədbirlərin təqdimatı olub.

“Bu layihə çərçivəsində “zəncirlənmə” adlı mini layihə həyata keçirdik. Bu kampaniya çərçivəsində bir neçə fəaliyyət birləşdirilmişdi. Biri elan etdiyimiz rəsm müsabiqəsi, digəri qızların və oğlanların bəxtlərini sınadığı futbol turniri idi. Ən vacib işlərimizdən biri – iki sosial məzmunlu video hazırladıq və onlardan birini bu gün nümayiş etdirəcəyik", – Marneuli 2 saylı ictimai məktəbinin müəllimi Temur Suğaşvili bildirib.

Roman Zoidze adına Şulaveri 1 saylı ictimai məktəbinin “Temida” vətəndaş klubunun və “Qamonatebi” eko-klubunun rəhbəri Dali Kekelidze “Marneuli” radiosuna bildirdi ki, layihə çərçivəsində məktəbdə bir çox tədbirlər həyata keçiriblər.

“Biz noyabr-may aylarında müxtəlif tədbirlər həyata keçirdik. Əvvəlcə layihə planı yazdıq və bu plan qalib gəldi. Bu plana uyğun olaraq müxtəlif tədbirlər həyata keçirdik – təqdimatlar etdik, bukletlər çap etdik, esse və rəsm müsabiqəsi elan etdik. Asılılığın qarşısının alınması çərçivəsində vasitələrdən biri olaraq idmanı seçdik, müxtəlif turnirlər, o cümlədən oğlanlar arasında futbol və həndbol üzrə turnirlər, qızlar arasında futbol üzrə turnirlər keçirdik. Eləcə də konsertlər verdik, sərbəst nömrələrimiz oldu, yekun tədbir keçirdik, kənd sakinlərinə narkomaniya haqqında məlumat verdik”, – Dali Kekelidze bildirdi.

Dali Kekelidzenin sözlərinə görə, layihə həm məktəbin, həm də cəmiyyətin inkişafı üçün vacib idi. Roman Zoidze adına Şulaveri 1 saylı məktəbinin 12-ci sinif şagirdi Linda Beridze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, layihədə iştirak etmək ona təcrübə qazandırıb.

“Bu layihədə iştirak mənim üçün çox vacib idi, çünki bu layihə mənə böyük təcrübə qazandırdı. Təkcə təcrübə deyil, həm də bilik əldə etdim. Asılılığın mənasını daha yaxşı başa düşdüm və bu mənim üçün çox vacib idi. Bu layihə çərçivəsində çoxlu insanlarla tanış oldum, onlarla səmərəli əlaqələr qurdum və mənə aludəçiliyin mənasını daha yaxşı başa düşmək və onlarla birlikdə bu məsələni həll etmək imkanı verildi”, – Linda Beridze bildirdi.

Məktəblərdə tədbirlər “Qara və Baltik dənizi Alyansı – Gürcüstanın” “Mənim oyaq ağlım” layihəsi çərçivəsində həyata keçirilir. Layihəni Açıq Cəmiyyət Fondu və Avropa İttifaqı maliyyələşdirir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google