Kobaxidze aksiyalarda iştirak edən 10-a yaxın gəncə ictimai müzakirə təklif edib
Baş nazir İrakli Kobaxidze gənclərə rus qanunları ilə bağlı ictimai müzakirələr keçirməyi təklif edir.

Bu barədə Kobaxidze bu gün, mayın 17-də bəyanat yayıb.

Kobaxidzenin dediyinə görə, “rus qanunlarına qarşı etiraz aksiyalarında iştirak edən gənclərlə birlikdə sizin nüfuzlu ekspert hesab etdiyiniz “2-3 gənc olmayan” da müzakirədə iştirak edə bilər”.

Kobaxidzenin sözlərinə görə, rus qanunları ilə bağlı “emosiyalar səngiyib” və bunun fonunda qanunla
bağlı sağlam müzakirə üçün daha yaxşı fürsət yaranıb.

“Buna uyğun olaraq, aksiyalarda iştirak edən gənclərə təklif edirəm ki, şəffaflıq haqqında qanun ətrafında ictimai müzakirə aparacağım on nümayəndə seçsinlər. Nüfuzlu ekspert hesab etdiyiniz 2-3 qeyri-gənclə də müzakirələrdə iştirak edə bilərsiniz.

Ümid edirəm ki, bu dəfə biz konstruktivliyə və aşkarlığa layiqli cavab alacağıq və radikal müxalifətə mənsub səfirlərdən və mediadan fərqli olaraq, gənclər şəffaflıq qanunu ilə bağlı sağlam müzakirələrdə iştirak edəcəklər”,
- Kobaxidze bildirib.

İndiyədək İrakli Kobaxidze rus qanunlarına qarşı etirazlarda iştirak edən gənclər hərəkatlarını zorakı təşkilatlar adlandırdığını bəyan edib.

Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google