Viza liberallaşdırılması hədiyyə deyil, ona yenidən baxıla bilər - Estoniya XİN rəhbəri
Estoniyanın Xarici İşlər Naziri Marqus Tsahknanın sözlərinə görə, Aİ-yə üzvlüyə namizəd statusu və viza liberallaşdırılması hədiyyə deyil və ona yenidən baxıla bilər.

Marqus Tsahknanın sözlərinə görə, Baltikyanı həmkarları ilə birlikdə Gürcüstana səfərləri zamanı hökumətə bu aydın mesajı veriblər. Onun sözlərinə görə, hökumət rus qanunları ilə bağlı qərarına yenidən baxmasa, məsuliyyət onun üzərinə düşəcək.

Marqus Tsahknanın qeyd
etdiyi kimi, Gürcüstan məsələsi Avropa İttifaqı səviyyəsində qaldırılacaq.

O, bu barədə Gürcüstana səfərindən sonra DW-yə müsahibəsində danışıb.

“İlk növbədə Gürcüstanda vəziyyətin çox ciddi olduğunu dərk etməliyik və Gürcüstan hökuməti ilə yekdilliklə danışmalıyıq. Biz vizanın liberallaşdırılması ilə bağlı qərarımızı nəzərdən keçirə bilərik, Aİ-yə üzvlük yolunda növbəti addımları nəzərdən keçirə bilərik. Bunun məsuliyyəti Gürcüstan hökumətinin üzərinə düşəcək”, - deyə Marqus Tsahkna bildirib.

Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!

Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google