Amiran Qiorqadzenin sözlərinə görə, Marneulidə içməli və suvarma suyu problemi təbii fəlakətlər ilə bağlıdır
Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze Marneulidə içməli və suvarma suyunun məhdudlaşdırılmasını təbii fəlakətlər ilə əlaqələndirib.

“Vahid Milli Hərəkatın” deputatı Ramal Əhmədov Amiran Qiorqadzeyə içməli suyun verilməsinin məhdudlaşdırılması ilə bağlı sual verib.
Marneuli Bələdiyyə Məclisinin sədri suala cavab olaraq bildirib ki, bələdiyyənin müxtəlif kəndlərində içməli və suvarma suyunun verilməsinin məhdudlaşdırılmasına təbii fəlakətdən ziyan dəymiş infrastruktur səbəb olub.

“Təbii fəlakət elektrik enerjisi ötürücü xətlərinə ziyan vurub və bizə məlum olduğuna görə, artıq bütün xətlər bərpa olunub. Müvafiq olaraq, işıq yox idisə, nasoslar suyu da qura bilməzlər. Bizdə olan məlumata görə, problem həll olunub. Bu gün “Birləşmiş Su Təchizatı Şirkətinin” rəhbərlərindən biri ilə ünsiyyətim oldu və bu məsələ də həll olunacaq. Əlbəttə, çox pisdir və bu istidə vətəndaşlara, əhaliyə su verilməlidir. Amma son dövrdə təbii fəlakətlər çox üst-üstə düşdü. Ondan əvvəl sel oldu. Suvarma suyu ilə əlaqədar da eyni problemdir. Baş tikilini su apardı. Meliorasiya Xidməti 24 saatlıq rejimdə işləyir ki, bərpa etsin. Bu sel çox böyük ziyan vurdu. İki-üç gün əvvəl də eynisi oldu, güclü yağış yağdı və tufan oldu. Elektrik yarımstansiyalarından birinə ildırım düşüb və bütövlükdə yanıb. Həmin elektrik ötürücüsündə xətlər bərpa olunur və dediklərinə görə, artıq başa çatıb”,
– Amiran Qiorqadze bildirib.

Bu gün, 25 iyun tarixində, Marneuli Bələdiyyə Məclisinin iclası baş tutub. İclasda 7 məsələ müzakirə olunub və deputatlar bütün məsələlər ilə bağlı müsbət qərar qəbul ediblər.

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415




Print ელ. ფოსტა
FaceBook Twitter Google